Rusiya ABŞ danışıqlarına vasitəçilik edəcək SURPRİZ DÖVLƏT: Kiyev masaya buraxılmayacaq KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanı Rusiya-ABŞ danışıqlarında vasitəçi kimi çıxış edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı təkcə Rusiya və Amerika rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməyəcək. Ərəb ölkəsi həm də həm də tərəflər arasında vasitəçi kimi çıxış etmək niyyətindədir.
Bildirilir ki, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək. ABŞ-ı dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.
Telekanal qeyd edir ki, Tramp administrasiyasının xarici siyasətində Səudiyyə Ərəbistanına mühüm rol verilir. Belə ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud xüsusilə narkotik qaçaqmalçılığına görə Rusiyada həbs cəzası çəkən amerikalı Mark Vogelin azadlığa buraxılmasına şərait yaradıb və 2017-ci ildə Tramp prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Bundan əvvəl Vitkoff fevralın 16-da axşam Rusiya ilə danışıqlar aparmaq üçün ABŞ nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunacağına ümid etdiyini bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















