Icma.az
close
up
RU
Çin ABŞ ni Pekini ticarətdən uzaqlaşdırmağa cəhd etməkdə ittiham edir

Çin ABŞ ni Pekini ticarətdən uzaqlaşdırmağa cəhd etməkdə ittiham edir

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin ABŞ-ni Pekini qlobal ticarətdən kənarlaşdırmağa çalışmaqda ittiham edib.

Redaktor.az bu barədə “Global Times”da dərc olunan məqaləyə istinadla məlumat verir.

Məlumata görə, ABŞ digər ölkələrə Çinlə ticarəti məhdudlaşdırmaq üçün təzyiq göstərərək “tarif güzəştləri” təklif edir.

Məqalədə bildirilir ki, Vaşinqtonun bu cəhdi həm Çinin potensialını, həm də qlobal vəziyyəti düzgün qiymətləndirməmək deməkdir. ABŞ-nin ticarət tərəfdaşlarını seçim etməyə məcbur etməsi və Çini sıxışdırmaq istəyi beynəlxalq iqtisadi sistemə zərər vurur.

Çin isə bu addımlara təkcə öz maraqlarını deyil, eyni zamanda beynəlxalq ticarət qaydalarını qorumaq üçün cavab verir. Jurnalistlər qeyd edirlər ki, ABŞ-nin bu səyləri “çəngəllə şorba yeməyə bənzəyir” və nəticədə uğursuzluqla yekunlaşacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində bir sıra ölkələrdən idxal olunan məhsullara gömrük rüsumlarını artırıb. Tariflər bəzi mallar üçün 20-30 faiz təşkil edir. Lakin Çin məhsullarına 145 faizədək rüsum tətbiq olunub. Cavab olaraq, Pekin də ABŞ məhsullarına 125 faiz rüsum qoyub.

Bundan əlavə, mart ayında Çin ABŞ-dən kosmetika və ətir idxalını da azaldıb. Amerika məhsullarının bu kateqoriyalarda idxalı 4,1 milyon dollara düşüb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri