Azərbaycanı Türkiyədəki tədbirdə Ceyhun Bayramov təmsil edəcək KİV
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.
Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Bildirilib ki, oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
“Oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər”, - agentliyin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” Deputat
30 Oktyabr 2026 13:56
“Qarabağ”ın nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək
26 Fevral 2026 21:24
Teymur Azərbaycanı təmsil edəcək!
01 İyun 2025 19:45
Azərbaycanı onlar təmsil edəcək
20 May 2026 10:53
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
18 İyul 2025 16:18
Baxış sayı:105
Bu xəbər 29 Oktyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















