Icma.az
close
up
RU
“Çin Avropa Çin transxəzər ekspress marşrutu bunu bir daha təsdiqləyir”

“Çin Avropa Çin transxəzər ekspress marşrutu bunu bir daha təsdiqləyir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Dünya əhalisinin 60%-i Asiya qitəsində yaşayır, Latın Amerikası və Afrikanı, Yaxın Şərqi də əlavə etsək, bu rəqəm 80%-ə yaxınlaşır. Deməli, qlobal miqyasda istehlakçı cəmiyyət, istehsalçı aktorların əhəmiyyətli bir hissəsi Qlobal Cənub ölkələrində məskunlaşıb. Azərbaycanı xarakterizə edən unikallıq ondan ibarətdir ki, malik olduğu iki mühüm resursla -  coğrafi mövqeyi və siyasi, iqtisadi resursları ilə Qlobal Cənub ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafına töhfə və təkan verməkdədir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə bildirib.

“Xüsusilə şanlı zəfərimizdən sonra Azərbaycan və onun tərkibi olduğu Şərq-Qərb Orta dəhlizin əhəmiyyəti xüsusi ilə artıb. Belə ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yaratdığı yeni siyasi reallıq region və onun hüdudlarını aşan bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Yeni status-kvonun üstünlüklərinə fokuslanan iqtisadi-ticari və siyasi əlaqələrin inkişafı Qlobal Cənubla əməkdaşlıq strategiyasının əsasında dayanır.

Çinlə imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə Bəyanatda yer alan Çin-Avropa-Çin transxəzər ekspress marşrutu bunu bir daha təsdiqləyir. Yaxud Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin cari ilin aprelində baş tutmuş Səmərqənd sammitində 2030-cu ilədək əsasən nadir metalların istehsalı və Avropaya ixracı üçün 12 milyard avro investisiya razılaşdırıldı. Mərkəzi Asiyadan da təbii resursların Avropaya ixracatı marşrutunda Azərbaycan malik olduğu coğrafi mövqe və yaratdığı loqistika-nəqliyyat infrastrukturu ilə mühüm tranzit tərəfdaşı rolunda çıxış edəcək.

Qlobal Cənub yüksəlişinə ölkəmiz həm də parlament diplomatiyası yolu ilə töhfə verir. Milli Məclisin Asiya Parlament Assambleyasına uğurlu sədrliyi və Bakıda car ilin fevralında MM sədri Sahibə xanımın rəhbərliyi ilə baş tutan APA plenar iclasının əhəmiyyətini vurğulamaq istərdim. Oman Sultanlığının üzv qəbul edilməsi ilə APA-nın sıraları genişləndi, 44 üzv dövlətə çatdı, “bərabər ödəniş, bərabər səs vermə hüququ” prinsipi razılaşdırıldı. İndi həm coğrafi cəhətdən böyük, həm də kiçik dövlətlərin APA-da bir səsi var. Həmçinin Qərbi Azərbaycana qayıdış hüququnun təmini ilə bağlı Bakı Bəyannaməsində bənd yer aldı. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Səmərqənd toplantısının yekun sənədində bu uğur təkrar olundu. Azərbaycanın parlament diplomatiyası vasitəsilə Qlobal Cənub çərçivəsində uğurlu və çoxşaxəli fəaliyyət aparır”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri