Icma.az
close
up
RU
Çin Avropa Dəmiryol Ekspres marşrutu üzrə 5 il: Bakı Yivudan gələn 237 ci qatarı qarşıladı

Çin Avropa Dəmiryol Ekspres marşrutu üzrə 5 il: Bakı Yivudan gələn 237 ci qatarı qarşıladı

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


9 sentyabr 2025-ci il tarixində Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Çinin Çjetszyan vilayəti qubernatorunun müavini Ke Ketszyan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və Çinin Azərbaycandakı səfiri Qo Min bildiriblər ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatarın keçməsi Çindən Avropaya uzanan nəqliyyat marşrutlarının əhəmiyyətinin və Azərbaycanın qitələri birləşdirən mühüm nəqliyyat qovşağı kimi rolunun artdığını göstərir.
Qeyd olunub ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən blok-qatarla gətirilmiş konteyner yüklərin (əsasən, metal məmulatları, məişət əşyaları, elektrik avadanlıqları və digər məhsullar) Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir. Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib. Bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.
Qeyd edək ki, ölkə rəhbərliyinin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir.
Son dövrlərdə Çinlə Azərbaycan arasında nəqliyyat, xüsusilə dəmir yolları ilə daşımalar sahəsində münasibətlər genişlənməyə davam edir. İyul ayında ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması iki ölkənin səmərəli əməkdaşlığının Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Görülən işlərin nəticəsi statistik göstəricilərdə də öz əksini tapıb. Belə ki, 2025-ci ilin avqustunda Azərbaycan Orta Dəhlizlə Çindən 40 blok-qatar qəbul edib. Bu il ərzində ümumilikdə 265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrünün göstəricisi (47 157 TEU) ilə müqayisədə 48 faiz çoxdur. Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları 2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see225

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see122

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see122

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri