Icma.az
close
up
RU
Azərbaycan və Çin arasında Lyanyunqan Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Azərbaycan və Çin arasında Lyanyunqan Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çində işgüzar səfərdədir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gün səfər çərçivəsində ADY nümayəndələri Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər.

ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Həmçinin Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı carı ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikasının müşahidə olunduğu bildirilib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.

Van Qoi Çao deyib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrin möhkəmləndirilməsinə və Lyanyunqan–Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.

“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşdə isə ADY sədri Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində aktiv iştirakı regionun logistika üzrə əlaqələrini, Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.

Görüşdə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması potensialının olduğu bildirilib. Çin–Azərbaycan–Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman-dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.

Qeyd edək ki, ADY nümayəndə heyətinin Çinə səfəri iyulun 11-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri