Icma.az
close
up
RU
Bakı Yivudan gələn 237 ci qatarı qarşıladı FOTOLAR

Bakı Yivudan gələn 237 ci qatarı qarşıladı FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə çıxış edən Çinin Çjetszyan vilayəti qubernatorunun müavini Ke Ketszyan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və Çinin Azərbaycandakı səfiri Qo Min bildiriblər ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatarın keçməsi Çindən Avropaya uzanan nəqliyyat marşrutlarının əhəmiyyətinin və Azərbaycanın qitələri birləşdirən mühüm nəqliyyat qovşağı kimi rolunun artdığını göstərir.
Qeyd olunub ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən blok-qatarla gətirilmiş konteyner yüklərin (əsasən, metal məmulatları, məişət əşyaları, elektrik avadanlıqları və digər məhsullar) Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir. Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib. Bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.

Qeyd edək ki, ölkə rəhbərliyinin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir. 
Son dövrlərdə Çinlə Azərbaycan arasında nəqliyyat, xüsusilə dəmir yolları ilə daşımalar sahəsində münasibətlər genişlənməyə davam edir. İyul ayında ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması iki ölkənin səmərəli əməkdaşlığının Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Görülən işlərin nəticəsi statistik göstəricilərdə də öz əksini tapıb. Belə ki, 2025-ci ilin avqustunda Azərbaycan Orta Dəhlizlə Çindən 40 blok-qatar qəbul edib. Bu il ərzində ümumilikdə 265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrünün göstəricisi (47 157 TEU) ilə müqayisədə 48 faiz çoxdur. Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları 2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri