Icma.az
close
up
RU
Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?

Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər? "Kaspi" qəzeti bu kimi aktual suallara növbəti yazısında cavab axtarıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır. Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: "Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük. Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud "benzini çox içir" deyirik. Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər".

Mütəxəssis vurğulayır ki, avtomobil seçərkən diqqət etməli olduğumuz əsas məqamlar interyer, eksteryer deyil, digər nüanslardır: "Əvvəlcə baxmalıyıq ki, bunun ehtiyat hissələri varmı, servis xidməti hansı səviyyədədir və ən əsası - avtomobili kimdən alırıq? Təəssüflər olsun ki, son zamanlar vətəndaşlar əksər hallarda fərdi şəxslərin gətirdiyi avtomobilləri almağa meyilləniblər. Qiymətə aldanırlar, nə zəmanət əldə edirlər, nə də servis xidməti. Sadəcə, avtomobili rəsmi salondan 3-4 min manat ucuz başa gəldiyi üçün alır, amma çox vaxt uduzurlar. Biz mütləq şəkildə avtomobilə olan yanaşmamızı dəyişməliyik. Məsələn, şəhərdə baxırıq ki, gənc xanımlar kifayət qədər böyük, 4-5 mühərrik həcmi olan avtomobillər sürürlər. Əgər avtomobildən ancaq şəhərdə istifadə edirsənsə, ailə tərkibi də geniş deyilsə, yaxud ailədə ikinci maşındırsa, 1,5-2 mühərrik həcmi kifayət edir. Ona görə də təyinatı üzrə istifadəsinə görə seçməliyik. "Biz nə istəyirik, bizə nə lazımdır" sualına cavab tapdıqdan sonra seçim etməliyik".

Bazarı zəbt edən Çin avtomobillərinə gəldikdə isə, E. Əliyev bildirir ki, hazırda Azərbaycanda 25-26 növdə rəsmi Çin avtomobil brendləri var: "Qeyri-rəsmilər də az deyil. Bu tendensiya ən azı yaxın 2-3 il də belə davam edəcək".

20 min manata elektriklə işləyən avtomobil ala bilərik?

Qiymətlərə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bazarda hər büdcəyə uyğun elektriklə işləyən və hibrid avtomobillər mövcuddur: "Elektriklə işləyən avtomobillər dəbə düşməyə başlayanda bizə daha çox yüksək qiymətli, bahalı avtomobillər gətirilirdi. Dövlətin bu sahədə tətbiq etdiyi güzəştlər, xüsusilə gömrük rüsumu və ƏDV-nin ləğvindən sonra qiymətlər də, bu avtomobillərə olan ümumi baxış da dəyişdi. Rəsmi dilerlər tərəfindən ölkəyə qiymətləri 20 min manatdan 100-200 min manata qədər dəyişən elektrik mühərrikli avtomobillər gətirilməyə başlanıldı. Hazırda alıcılar 20-21 min manatdan başlayan qiymətlərlə elektriklə işləyən avtomobilləri ala bilərlər. Sözsüz ki, büdcə qalxdıqca avtomobilin şarj tutumu, məsafə qət etməsi, komfort parametrləri də dəyişir".

Hibridlərə gəlincə, yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: "Amma yeni avtomobil istədikdə, bu gün bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalar, utilizasiya bu maşınlara tələbatı artırıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var".

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda Çin avtomobilləri Avropa brendlərindən beş dəfə ucuzdur: "Müasir dövrdə bütün dünyada elektrikli və hibrid avtomobillərə üstünlük verilir. Çünki həm sərfəlidir, həm də qiyməti münasibdir, eyni zamanda qənaətcildir. Hazırda Çin istehsalı olan avtomobillərə daha çox tələbat var. Avropa brendlərinin elektrik və hibrid avtomobilləri həddindən çox bahadır. Digər daxili yanma mühərrikli avtomobillərin satışı demək olar ki, tamamilə dayanıb".

Mütəxəssislər deyir ki, avtomobil seçərkən aşağıdakı amillər nəzərə alınmalıdır:

- Əgər siz şəhər içində və ya qısa məsafələr üçün avtomobil axtarırsınızsa, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha praktikdir.

- Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə isə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün isə xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Çin avtomobilləri və hibrid modellər ənənəvi avtomobillərdən daha qənaətcildir, lakin ilkin olaraq daha bahalı ola bilər. Elektrikli avtomobillər isə uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma ilkin qiymət yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see122

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see117

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri