Icma.az
close
up
RU
Çin bu gün Yeni ili qeyd edir Çunjie ilə bağlı MARAQLI MƏLUMATLAR

Çin bu gün Yeni ili qeyd edir Çunjie ilə bağlı MARAQLI MƏLUMATLAR

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şərq ölkələrinin ay təqvimi ilə bu gün – Milad təqvimi ilə yanvarın 29-u Yeni ilin ilk günüdür.

Belə ki, 31 dekabrdan 1 yanvara keçəndə Miladi təqvimi ilə il dəyişir. Yəni 2024-cü il bitir, 2025-ci il başlayır. Lakin astronomik cəhətdən Əjdaha ili estafeti İlan ilinə 29 yanvar 2025-ci ildə Bakı vaxtı ilə 16:00-da ötürüb. Bu il 16 fevral 2026-cı ilə qədər davam edəcək. 

Keçən ilin simvolu olan yaşıl taxta (ağac) Əjdaha rəsmi olaraq çıxıb, yaşıl taxta (ağac) İlan isə daxil olub. 

Sfera.az bildirir ki, Yeni ilin başlaması Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. 

Buna Çində Bahar festivalı və ya "Çunjie" də deyilir. Çinlilərin ən əziz bayramı olan Bahar festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Festival tarixi, mədəni irsi, həmçinin Çinin sivilizasiyasının məğzini özünə ehtiva edir.

Bahar Festivalının ən vacib simvollarından biri “Fu” hesab olunur. 

Çin simvolu olan Fu (福) uğur, xeyir-dua və xoşbəxtlik deməkdir. Çinin hər yerində insanlar Çin Ay Yeni ilini qarşılamaq üçün Bahar Festivalı zamanı bu yazını qapı və ya pəncərələrinə yapışdırırlar. Onlar bunun xeyir gətirəcəyinə inanırlar. Belə ki, simvol diaqonal kvadrat qırmızı kağızda yazılır və adətən tərs yapışdırılır. Bunun səbəbi çinlilərin söz oyununu sevməsidir. Çin dilində “gəlmək” sözü “baş aşağı” sözü ilə eyni səsləndiyi üçün simvolu tərs yapışdırmaq “xoşbəxtlik gəldi” mənasında qəbul olunur.

Uğur və sevinci təmsil edən qırmızı rəng festivalın bəzəklərində üstünlük təşkil edir. Küçələr qırmızı fənərlərlə bəzədilir, evlərdə qırmızı bəzəklərə üstünlük verilir. 

Yeni ildə qırmızı rəngli geyimlər seçilir. Bu rəng güc və firavanlığı təmsil edir. 

Bahar bayramı ərəfəsində ailə ocağının ətrafına toplaşmaq və Yeni ili sevdiklərinizlə qarşılamaq adətdir. Bu ənənə əkinləri məhv edən, mal-qaranı və sakinləri yeyən bir canavar haqqında əfsanədən qaynaqlanır. İnsanlar canavarın oddan, tonqalların yanmasından və qırmızı rəngdən qorxduğuna inanırdılar. Onu qovmaq üçün onlar bir yerə yığışıb evlərini qırmızı əşyalarla bəzədilər və bambuk çubuqlarını tonqalın içinə ataraq yüksək çınqıl səsləri çıxarırdılar. "Chunjie"dən bir gecə əvvəl oyaq qalmaq, evləri qırmızı əşyalarla bəzəmək və atəşfəşanlıq etmək ənənəsi kök salıb.

Lakin artıq Çinin böyük şəhərlərində atəşfəşanlığa icazə verilmir. Çinin böyük şəhərləri bu qadağanı ilk növbədə təhlükəsizlik səbəbi ilə tətbiq edib, çünki atəşfəşanlıq yaralanmalara və yanğınlara səbəb ola bilir. Məsələn, 2009-cu ildə Pekində Çin Mərkəzi Televiziyasının baş qərargahı atəşfəşanlıq zamanı zərər görüb.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Rifah Bahar festivalının mərkəzində dayanır. Bayram süfrəsində mütləq yulaf sıyığı olmalıdır, çünki bu, yoxsul insanların yeməyi kimi qəbul edilir. Süfrə hər cür delikateslərlə doldurulmalıdır, ət nə qədər çox olsa, bir o qədər yaxşıdır. Balıq yeməklər arasında olmalıdır, çünki Çin dilində bu söz "artıq" və "bolluq" sözlərinə bənzəyir. 

Böyüklər uşaqlara hədiyyə olaraq içində pul olan qırmızı zərflər (Yanbao)  verir. Bu yeni il üçün uğur və firavanlıq rəmzidir. Amma qara və ağ çiçəklər, pulqabı, saat, güzgü, ayaqqabı hədiyyə etmək məsləhət deyil. Çinlilər inanırlar ki, insan başqasına pulqabı verməklə öz sərvətini ona ötürür. Güzgü xəyalları cəlb edir və "saat vermək" ifadəsi "cənazədə iştirak etmək" ilə uyğundur. Ona görə qədim Şərqdə İlan ili astanasında bu cür hədiyyələr pis əlamət olduğundan məqbul sayılmır. 

Bu bayram, təkcə yeməklərlə deyil, həm də “əjdaha rəqsi” və ya “şirlərin rəqsi”, o cümlədən başqa maraqlı adətlərlə də əlamətdardır. Hər il çinlilər təntənəli Yeni il paradı keçirir. Çinlilər yeni ilə musiqi, rəqs, rəngarəng geyimlər və əylənərək girməyi sevir. Onlar inanır ki, yeni ilə nə qədər səs-küylə girsən, il o qədər uğurlu olacaq.

Yeni ildə çinlilər bir-birinə zənginlik və firavanlıq arzulayırlar.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günü olur. Özəl müəssisələrdə qeyri-iş günləri 20-30 gün də davam edə bilir. 


Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri