Səbinə Əliyeva haqda MARAQLI MƏLUMATLAR
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılaraq səsverməyə qoyulub.Müzakirələrin və səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
"Yeni Sabah" Ombudsman seçilən Səbinə Əliyeva barədə maraqlı faktları təqdim edir:
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində, tanınalıb-seçilən ictimai-siyasi xadim və diplomat Yaşar Əliyevin ailəsində dünyaya göz açıb. Toyuqlu pizza
Orta təhsilini Nəsimi rayonundakı 8 nömrəli tam orta məktəbdə alaraq 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsilə yiyələnib: 2000-ci ildə bakalavriat, 2002-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə başa vurub.
Təhsilini davam etdirərək 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası çərçivəsində "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrlə başlayıb, 2015-ci ildən isə Aparat rəhbərinin müavini postunu tutub. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Ombudsman vəzifəsinə təqdim olunmuş üç namizəd arasından Milli Məclis tərəfindən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilib.
Baxış sayı:40
Bu xəbər 03 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















