Icma.az
close
up
RU
Fransada neonasizm hakimiyyətin əsas silahına çevrilir TƏHLİL

Fransada neonasizm hakimiyyətin əsas silahına çevrilir TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Avropanın bəzi bölgələrində irqçilik, neonasizm, islamofobiya Amerika Birləşmiş Ştatlarında baş verən rüsvayçı hadisələrdən də dəhşətli vəziyyətə yüksəlib. Niderland, Almaniya, Fransa kimi ölkələrdə müsəlmanlar təqib olunur, küçələrdə döyülür, təhqir olunur, müəyyən hallarda həbs olunaraq ironiya ilə qarşılanan ittihamlarla azadlıqdan məhrum edilirlər. Birmənalı şəkil də demək olar ki, Fransada islamofobiya və antisemitizm daha fəlakətli və amansız xarakter alıb. Bunun da səbəbi Makron hakimiyyətinin açıq formada müsəlmanlara və miqrantlara qarşı təqib və təzyiq siyasətini aparmasıdır. Çoxsaylı misallar göstərmək olar ki, küçələrdə müsəlmanlar, eləcə də miqrantlar yerli əhali tərəfindən döyülüb, təhqir edilib, lakin hüquq-mühafizə orqanları heç bir hüquqi tədbir görməyib. Hətta elə hallar olub ki, müsəlmanlar polisin gözü qarşısında təhqirlərə məruz qalıb, ancaq asayiş keşikçisi baş verənləri laqeydliklə izləyib. İddialara görə, müsəlmanlara qarşı hücumlar mərkəzi ofisi Berlində yerləşən Milli Sosialist Alman Fəhlə Partiyasının Fransa nümayəndəliyinin əməkdaşları həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, bugünkü Almaniyada faşizm tədricən inkişaf etməkdədir. Hətta hərəkatının “səmərəli” fəaliyyət göstərməsi Almaniyanın dövlət büdcəsindən faşizm dərnəklərinə milyardlarla dollar maliyyə vəsaitləri də ayrılır. Fransa dövləti və xalqı ikinci dünya müharibəsində faşizmdən əziyyət çəksə də, bugünkü Makron hakimiyyəti öz siyasi maraqları xatirinə tarixi faciələrə etinasız yanaşır, faşizm dərnəklərinin ölkə ərazisində millətçi fransızların dəstəyi ilə inkişaf etdirilməsinə dəstək göstərir. Nəzərə almaq lazımdır ki, neonasizm İkinci Dünya Müharibəsindən sonra ekstremist, millətçi təşkilatları birləşdirən, milli sosializmə proqram xarakterli münasibətdə yaxın olan və ya özlərini Milli Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) davamçıları elan edən hərəkatdır. Həmçinin qeyd olunur ki, neonasizm ideoloqları nasizm ideologiyasını belə əsaslandırmağa və bərpa etməyə çalışırlar. Hərəkatın ideoloji əsası bəzi hallarda antisemitizm, islamofobiya, irqçilik və ağların üstünlüyü nəzəriyyəsinə əsaslanır.

Fransa faşizmin inkişaf etdirilməsinə niyə maraq göstərir?

O fikri vurğulamaq yerinə düşərdi ki, bəzi neonasizm ultrasağçılığın bir növü hesab edilir. Neonasistlər öz ideologiyalarından nifrət təşviq etmək və azlıqlara hücum etmək, bəzi hallarda isə faşist bir dövlət qurmaq üçün istifadə etmək arzusundadırlar. Bu, qlobal bir ideologiyadır və çoxlu ölkələrdə nümayəndəlik edən təşkilatları var. Eyni zamanda, neonasizm nasist doktrinasındakı ultramilliyətçilik, irqçilik, ksenofobiya, eyblizm, homofobiya, antiqaraçıçılıq, antisemitizm, antikommunizm və Dördünü Reyxin təsis edilməsi kimi elementləri özünə götürür. Yəni neonasizm bəşəri varlıq üçün təhlükə mənbəyidir. Fransa dövlətinin bu ideologiyadan istifadə etməsi demokratik, sivil dünya xalqlarına fəlakət gətirə bilər. Daha doğrusu, Fransanın Makron hakimiyyəti neonasizmin təbliğinə və ölkədə əsas ideologiya olmasına cəhdlər göstərir. Müəlmanların açıq şəkildə təqib olunması Fransanın hakimiyyətinin vəhşi bir rejim olduğunu təsdiqləyir. Həm də nəzərə almaq lazımdır ki, 2004-cü ildə Fransa ticarət mərkəzlərində, təhsil ocaqlarında. Dövlət tədbirlərində dini simvolları təqdim etmək və qadınların hicab geyinməsini qadağan edən qərar imzalayıb. Polis bu qərarı əsas gətirərək müsəlman qadınlarına qarşı açıq hörmətsizlik göstərirlər. Makronun əli dəyənəkli terrorçulara xas geyimli polisləri qadınları kafe və restoranlarda, küçə və meydanlarda saxlayıb, əyinlərində hicab, üzlərində niqabın çıxarılmasını tələb edirlər. Tələbi yerinə yetirməyən müsəlman qadınları polislər tərəfindən söyülür, polis maşınlarına oturdularaq zindanlara aparılır. Cərimələr tətbiq edildikdən sonra qadınlar sərbəst buraxılır. Bu baxımdan demək olar ki, müsəlmanlar üçün Fransa dövləti bir zindana çevrilib. Rəsmi məlumatlara görə, 2024-cü il də və 2025-ci ilin son altı ayına görə müsəlmanların rəhbərlik etdiyi 42 min 36 müəssisə dövlət tərəfindən cərimələnib, bəzilərinin isə, o cümlədən 11234 müəssisə bağlanıb. Müsəlmanların qurduqları dükanlarda, istehsal müəssisələrindən 134 milyon 248 min avro məbləğində vəsait müsadirə edilib. “Cage international” nəşrində dərc olunmuş "Fransa milli inkişafı" "İslamofobiya" adlı hesabatda qeyd edilir ki, immiqrasiya haqqında qanunun yekun layihəsinə Respublikaçılar və Milli Birlik partiyalarının - sağçıların və ultrasağçıların tələb etdikləri islahatlar daxildir. Milli Birlik partiyasının sabiq rəhbəri Marin Le Pen immiqrasiya qanununu onun hərəkatının ideoloji qələbəsi kimi qiymətləndirdi. Çünki qanunda milli fikirlər üstünlük təşkil edir. O, bunu ifrat sağçıların qazandıqları siyasi nəticə kimi qəbul edir. Qanunun qəbulundan sonra bir neçə nazir istefa verdi. Nəticədə, Makron hakimiyyəti ağır tənəzüllə üzləşdi. Əhali küçələrə çıxaraq Makronu və onun bacarıqsız komandasını istefaya çağırdılar. Lakin Makron faşist təfəkkürünə malik “hitlerçi” olduğu üçün aksiyaları da Hitlerin qəddarlığı formasında dağıtdı. Artıq fransızlar Makronun qəddar və vəhşi bir “hitlerçi” olduğunu anladıqlarından küçələrə çıxıb, etiraz aksiyaları keçirməkdən çəkinirlər. Dərk edirlər ki, açıq şəkildə etirazlara qalmaları onların, həyatları bahasına başa gələ bilər. Ona görə də dərnəklər yaradaraq gizli şəkildə Makrona qarşı mübarizə aparırlar. Hesab edirlər ki, məqam yetişəcəyi təqdirdə Fransa xalqı ayağa qalxacaq və faşizmin ölkədə əsas dayağı hesab olunan Makronun tarixin arxivinə göndərməyə nail olacaq.

Fransa sərhədlərindən kənarda amansız cinayətlər törədir

Fransa Afrikada çoxlu sayda soyqırımı törədib və bu gün də Makronun göstərişi ilə ordu Yeni Kaledoniya, Polineziya, Korsika, Mayot adası və digər müstəmləkə altında saxladığı ərazilərdə vəhşiliklərini davam etdirir. Yerli əhali Fransanın müstəmləkəsinə qarşı geniş və qətiyyətli mübarizə aparır. Yeni Kaledoniyada əhali Fransaya qarşı mübarizəsində ciddi irəliləyişlərə nail olublar. 2020-ci ildə Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün növbəti referendum keçirib. Referendum iştirakçıları müstəqilliyin leyhinə səs verib, amma Fransa onu tanımayıb. İşgəncə üsulları ilə Makron hakimiyyəti Yeni Kaledoniya əhalisinin azadlıq mübarizəsini məhv etməyə çalışır.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu - müstəmləkəsidir. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. Bu dövlət 1853-cü ildən Fransanın tabeliyində yaşayır. Əhalisi 270 nəfərdir. Burada Fransa hökumətini Ali Komissar təmsil edir, icra hakimiyyətini yerli hökumət həyata keçirir.

Fransa ordusunun ərazilərdən çıxarılması və strukturların ləğv edilməsi tələbi ilə Yeni Kaledoniyada əhalisi 5 ildən çoxdur ki, etiraz aksiyaları keçirirlər. Aksiyalar zamanı Fransa ordusu əhalini gülləbaran edib, həbslər həyata keçirərək yüzlərlə insanı türmələrə salıb. Yeni Kaledoniya administrasiyasının yaydığı məlumata görə, son 5 il ərzində keçirlən aksiyalar zamanı Fransa ordusu tərəfindən 103 nəfər öldürülüb, 7456 nəfər saxlanılaraq həbsxanalara atılıb. Bu azmış kimi Fransa hakimiyyəti Yeni Kaledoniya əhalisinin maraqlarına zidd olan irticaçı qərar qəbul edib. Beləki, Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir. Bu o deməkdir ki, Fransanın ucqar ərazilərindən müəyyən şirnikləndirici vədlərlə yeni Kaledoniyaya köçürülən on minlərlə fransız ərazilərdə keçirilən seçkilərdə və referendumlarda səs vermək hüququ əldə edəcəklər. 1998-ci il Noumea Müqaviləsinə görə, seçicilər siyahısında olan vətəndaşlar və onların uşaqları səsvermə hüququna malikdir.

Fransa hakimiyyətinin qəsbkar siyasətinin sonu olacaq

Korsika əhalisi də Fransanın müstəmləkəsinə qarşı qətiyyətli mübarizə aparır. Keçirilən referendumun nəticələrinə görə, əhalinin 89, 7 faizi müstəqilliyin tərəfdarıdır. Fransa hakimiyyəti isə referendumun nəticələrini tanımaq istəmir

Sorğu analitikləri Fransanın ümumi əhalisinin 53 faizinin adanın muxtariyyətinə “hə” dediyini və bu nisbətin 1989-cu ildə 18 faiz olduğu vaxtdan bəri demək olar ki, dörd dəfə artdığını vurğulayır. Digər tərəfdən, Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının əhalisi uzun müddətdir ki, siyasi məhbuslara, o cümlədən Kolonnanın tərəfdarlarına amnistiya, Korsika dilinə rəsmi statusun, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi və Fransa Konstitusiyasında Korsika üçün xüsusi yerin ayrılması tələblərinin heç biri indiyə qədər rəsmi Paris tərəfindən yerinə yetirilməyib. Bütün bu kimi qanan zidd addımlar və fəaliyyət Korsika əhalisini ayağa qalxmağa və müstəqillik arzularını gerçəkləşdirməyə vadar edir. Təbii ki, mübarizə davam edəcəyi təqdirdə Korsika müstəqilliyinə nail olacaq. Eləcə də Mayot adası da müstəqil dövlət quruculuğunu reallaşdırmağı bacaracaq. Çünki ada əhalisi Fransa müstəmləkəçiliyinə qarşı daha qətiyyətli görünür. Artıq Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Avropa İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir.

Əminliklə demək olar ki, Fransa hakimiyyətinin qəsbikar siyasətinin sonu olacaq. Yəni azadlıq uğrunda mübarizə aparan xalqların tələblərini yerinə yetirəcək. Bununla da xalqlar əsarətdən xilas olacaq və bayraqları Fransanın bayrağı ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların önündə dalğalanacaq.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see431

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see116

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri