Çin ətrafındakı dənizlərdə gizli müharibə gedir
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xarici kəşfiyyat orqanları Çinin dəniz sularını izləmək üçün innovativ metodlardan, o cümlədən sensorları olan “casus” heyvanlardan istifadə edirlər.
Xarici media yazır ki, bu barədə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumata görə, dəniz heyvanlarına quraşdırılmış xüsusi qurğular suyun temperaturu, duzluluğu haqqında real vaxt rejimində məlumat ötürməyə qadirdir: “Bu cür texnologiyalardan dəniz dibini xəritələşdirmək və sualtı qayıqların fəaliyyətini izləmək üçün istifadə edilir. Çin ətrafındakı dənizlərdə görünməz gizli müharibə gedir”.
Kəşfiyyat orqanlarının məlumatına görə, casus avadanlığı tısbağalar və balıqlar tərəfindən daşınır.
Bu, Çin hakimiyyətinin öz ərazi sularında xarici casus cihazlarının aşkarlandığını elan etməsi ilə bağlı ilk fakt deyil. 2024-cü ildə Çinin milli təhlükəsizlik rəsmiləri Çinin dəniz fəaliyyəti haqqında məlumat toplamaq üçün hazırlanmış bir neçə belə cihazı ələ keçiriblər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















