Icma.az
close
up
RU
Çin ilə CELAC ölkələri arasında ticarət dövriyyəsi 500 milyard dolları ötüb

Çin ilə CELAC ölkələri arasında ticarət dövriyyəsi 500 milyard dolları ötüb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 13 may, AZƏRTAC

Ötən il Çin ilə Latın Amerikası və Karib hövzəsi ölkələri arasında ticarət dövriyyəsinin həcmi 500 milyard dolları ötüb.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində keçirilən Çin-CELAC (Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması) forumunun 4-cü nazirlər iclasının açılışında deyib.

ÇXR Sədri bu rəqəmin 2000-ci illərin əvvəli ilə müqayisədə 40 dəfədən çox olduğunu bildirib. Çin lideri ölkəsinin CELAC ilə həmrəyliyi gücləndirmək niyyətində olduğunu, bir-birini əsas maraqları ilə bağlı məsələlərdə dəstəkləməyə davam edəcəyini deyib.

Qeyd edək ki, Çin-CELAC forumu 2015-ci ildə təsis edilib. Bu platforma Çin ilə Latın Amerikası və Karib hövzəsi ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə dəstək məqsədi daşıyır. Bu kontekstdə Çin 2017-ci ildə Panama, 2018-ci ildə Dominikan Respublikası, 2018-ci ildə El-Salvador, 2023-cü ildə Honduras ilə diplomatik əlaqələr qurub, 2021-ci ildə Nikaraqua ilə diplomatik əlaqələri bərpa edib. Pekin 16 CELAC ölkəsi ilə müxtəlif növ tərəfdaşlıq, o cümlədən strateji tərəfdaşlıq qurub. 2012-ci ildən Latın Amerikası və Karib Hövzəsinin 2-ci ən böyük ticarət tərəfdaşına çevrilən Çin hazırda Braziliya, Çili və Perunun əsas ticarət tərəfdaşıdır. Ötən il Çin ilə CELAC arasında ticarət dövriyyəsinin ümumi məbləği 518,4 milyard dollar olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri