Icma.az
close
up
RU
TDT ölkələri arasında ticarət 45 milyard dolları ötüb

TDT ölkələri arasında ticarət 45 milyard dolları ötüb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə mediasına verdiyi müsahibədə bildirib ki, son 10 ildə Türk Dövlətləri Təşkilatına (TDT) daxil  olan ölkələr arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə güclənib. 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard ABŞ dollarını ötüb. Üzv dövlətlərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında, energetika, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığın güclənməsində rolu da artıb.  
Qazaxıstan rəhbəri xatırladıb ki, ölkəsinin 2024-cü ildə – təşkilata sədrliyi dövründə TDT-yə daxil olan dövlətlərlə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan TDT-nin sədri kimi “TURKTIME!” devizi ilə çıxış edib. Bu abbreviatura səkkiz prioriteti ifadə edir: Ənənələr (Traditions), Birləşmə (Unification), İslahatlar (Reforms), Bilik (Knowledge), Etimad (Trust), İnvestisiyalar (Investments), Mediasiya (Mediation) və Enerji (Energy). Tokayevin sözlərinə görə, bu prioritetlər TDT ölkələri ilə məhdudlaşmayan bütün türk birliyi tərəfindən maraqla qarşılanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı rüblük hesabatda isə bildirilir ki, 2024-cü ilin 9 ayı ərzində TDT-yə üzv dövlətlərin birgə ümumi daxili məhsulu, təxminən, 1 trillyon 456 milyard ABŞ dolları təşkil edib ki, bu da eyni dövrdə proqnozlaşdırılan qlobal ÜDM-in (54 trilyon ABŞ dolları), təxminən, 2,7 faizinə bərabərdir. Üzv dövlətlər orta hesabla 4,5 faiz ÜDM artımı nümayiş etdirərək qlobal 3 faiz artımı üstələyiblər.
Ötən ilin 9 ayında qlobal ticarət həcmi, təxminən, 24 trilyon 75 milyard ABŞ dolları qiymətləndirilir. İlin sonuna isə bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu dövrdə TDT üzvlərinin (Türkmənistan və müşahidəçi ölkələr istisna olmaqla) ticarət dövriyyəsi 868 milyard ABŞ dolları olub ki, bu da qlobal ticarət həcminin 3,37 faizini təşkil edir. Xatırladaq ki, Türkmənistan Rusiya, Çin və Özbəkistan kimi əsas tərəfdaşlarla ticarət əlaqələrinə malikdir və təkcə Özbəkistanla ticarət dövriyyəsi hesabat dövründə 867,8 milyon ABŞ dollarına çatıb.
Yeri gəlmişkən, hesabat dövründə Azərbaycan 4,7 faiz ÜDM artımı əldə edib. Sənaye sektorunda isə artım 1,3 faiz olub. Eyni zamanda, 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpaolunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfləyir.
Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri vurğulayır.
TDT üzv dövlətləri qlobal orta göstəricilərlə müqayisədə yüksək iqtisadi artım tempi nümayiş etdirir, kollektiv potensialdan yararlanmaqla innovasiyaları təşviq edir, iqtisadi təsirlərini artırmağı və uzunmüddətli, dayanıqlı rifaha nail olmağı hədəfləyir.

Səhifəni hazırladılar: 
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri