Çin istehsalı olan hibrid avtomobillərin ucuzlaşmasının SƏBƏBİ NƏDİR? ARAŞDIRMA VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çindən gətirilən hibrid avtomobillərin qiyməti enir.
Avtosfer.az-ın xəbərinə görə, ekspertlər hesab edirlər ki, sözügedən avtomobillərin Azərbaycana daşınması da daha tez başa gəlir. Çin istehsalı avtomobillərin sahibləri isə deyirlər ki, qiymətlərin digər avtomobillərə nisbətən münasib olması onlara marağı artırır.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, "taksi" fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi vaxdtdan, yəni ötən ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb. Əgər ilin I yarısında bu ölkədən Azərbaycana 2 854 belə nəqliyyat vasitəsi gətirilmişdisə, noyabr ayında bu say 11 102-yə çatıb.
Diqqətçəkən məqamlardan biri də Çindən gətirilən hibrid avtomobillərin qiymətinin getdikcə enməsidir. Belə ki, ötən ilin yanvar ayında Çindən idxal olunan 1 ədəd hibrid avtomobilin orta qiyməti 31 571 dollar idisə, noyabr ayında bu göstərici 37% azalaraq, 19 923 dollar təşkil edib.
Ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Yanvar 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















