Icma.az
close
up
RU
Qəfil hava dəyişikliyinin səbəbi NƏDİR? ARAŞDIRMA

Qəfil hava dəyişikliyinin səbəbi NƏDİR? ARAŞDIRMA

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İllər keçdikcə havanın tarazlığı dəyişməyə başlayıb. Bir gündə hava küləksiz və yağıntısız olduğu halda, səhəri gün qar olacağı söylənilir. Bəs, bu qəfil hava dəyişikliklərinin səbəbi nədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır:

Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir.

Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir.

Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur.

Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür.

Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir.

Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir.

Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür.

Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh).

Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər. Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova: "Soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişməsi müşahidə olunur. Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti bu gün və sabah davam edəcəyi proqnozlaşdırılır".

Meteoroloq Cavidan Əliyev: "Şimal Qərbdə Skandinaviya ölkələri ərazisində, eləcə də Şimal Qərbi Rusiyada Skandinaviya antisiklonu əmələ gəlib. Yəni, şaxtalı Skandinaviya antisiklonu. Ordan soyuq aktiv hava kütlələri ölkəmizə daxil olur və eyni zamanda Aralıq dənizində siklonik fəaliyyət aktivləşib. Bizim ölkəmiz onların arasındadır, hal-hazırda ona görə də dalğalı atmosfer cəbhələri əmələ gəlib. Belə halda atmosfer cəbhəsi yerində qalır. Az hərəkətli dalğalı atmosfer cəbhəsi əmələ gəlir. Ona görə yaxın günlərdə ölkə ərazisində hava şəraiti kəskin surətdə soyuyacaq. Artıq bu proses bu gündən başlayıb. Ölkəmizdə dalğalı siklon seriyalarla daxil olacaq".

Ekoloq Ənvər Əliyev: "Fevral ayının axırlarıdır. Artıq qışın oğlan çağıdır – kiçik çilə. Bildiyiniz kimi, bütün minilliklər ərzində Azərbaycan və ümumiyyətlə, regionda yaşayanların düşüncəsində kiçik çilənin vaxtı 20 gün olsa da, o, öz kəskinliyi ilə seçilir. Burada da bir təbii qanunauyğunluq var.

İkincisi, Bakı şəhərində havanın belə kəskin soyuq, həddindən artıq küləkli olması təhlükəlidir. Buna da səbəb ondan ibarətdir ki, Şimaldan gələn hava axınları sərbəst şəkildə Azərbaycan ərazisinə daxil olur. Oradan gələn yağışlı, qarlı havalar qışda daha da kəskinləşir. Burada bir qanunauyğunluq var. Coğrafi məkan kimi Bakı şəhəri Azərbaycanın iqlim şəraitini tam təcəssüm etdirmir, öz orijinallığı ilə seçilir. Şimaldan gələn hava axınları Böyük Qafqaz dağlarına mane olduğu halda, Abşeron yarımadasında sanki dəniz səviyyəsi aşağıdır, nəinki yuxarı. Şimaldan gələn hava kütlələri sərbəst daxil olur və Bakı şəhərində həddindən artıq dözülməz soyuq havalar yaradır. Bundan başqa, yayda isə Cənubdan gələn hava axınları yenə də sərbəst daxil olaraq burada tozlu, həddindən artıq rütubətli hava şəraiti yaradır. Bakı şəhəri ümumiyyətlə, yaşamaq üçün o qədər də uğurlu sahə deyil.

Müqayisə:

Bu dəqiqə Şimal yarımkürəsində həddindən artıq çox yağıntılar var. Amerikanın şimalı, Alyaska və Kanada həddindən artıq qar yağıntılarına məruz qalıb. Təsəvvür edin ki, hətta bəzi binaların birinci mərtəbəsinə qədər nəhəng qar yağıntıları var Kanadada.

Şimaldan gələn hava axınları sərbəst şəkildə daxil olub soyuq hava yaradırsa, görün indi Moskvada, Sankt-Peterburqda və digər şimal rayonlarında vəziyyət necədir. Buna görə də narahat olmağa dəyməz.

Bakı şəhəri, bildiyimiz kimi, soyuğa hələ o qədər uyğunlaşmış şəraitdə deyil. Sakit yağan, sonra ağappaq havada kəpənək kimi uçan qarlar belə şəhər üçün o qədər də spesifik deyil. Hər şey yaxşı olacaq. Bizim gözəl təbiətimiz var”.

Ekoloq Cəmşid Quliyev: “Müşahidə olunan hava dəyişmələri qlobal iqlim dəyişikliyinin bir göstəricisidir. Yəni qlobal iqlim dəyişikliyi dedikdə bu və ya digər yer üçün xarakterik olan təkrarlanan hava şəraitinin fərqli şəkildə təzahür etməsidir. Fevral ayında havaların bu cür keçməsi qlobal iqlim dəyişikliyinin nəticəsidir.

Qlobal iqlim dəyişikliyi əslində planetin orta temperatur göstəricilərinin nisbətən yüksəlməsi ilə müşahidə olunur. Amma hərdən belə kəskin hava dəyişiklikləri də qlobal iqlim dəyişikliyinə xas göstəricidir. Qlobal iqlim dəyişikliyi bir çox amillərdən qaynaqlanır. Bunların içində təbii amillər də var. Eyni zamanda bir çoxu antropoloji amillərdir. Yəni, insan həyat və fəaliyyətinin təsiri ilə qaynaqlanan amillərdir. Məsələn, fosil yanacaqlarının yandırılması. Yəni kömür, neft və qazdan istifadə nəticəsində atmosferə atılan karbon və digər qazların hədsiz çoxalmasıdır.

Digər tərəfdən, meşələrin qırılması da buna təsir edən bir amildir. Meşələr karbon qazının udulmasında müstəsna rol oynayır. Meşə massivlərinin azalması da buna təsirsiz qalmır.

Digər amil sənaye və nəqliyyatdır. Daxiliyanma mühərriki ilə işləyən istənilən bir texniki vasitə atmosferə qaz şəklində tullantıların atılması ilə xarakterik bir insan fəaliyyəti sahəsidir.

Kənd təsərrüfatı heyvandarlıq sahələrinin də atmosferə metaqazın atılmasında müəyyən bir payı var.

Başqa bir atmosfer tullantıları ilə xüsusi seçilən sahə isə plastik istehsalıdır. Onların utilizasiyası yandırılması atmosferə tullantılarla atılır. Bunlar hamısı qlobal iqlim dəyişikliyinə səbəb olan hadisələrdir. Həlli yolları varmı? Bəli, var. Tamamilə dayandırmaq çətin olsa da bunların qarşısını bir yolla almaq mümkündür. Bunun üçün bərpa olunan enerjilərə keçid, günəş, külək, hidro və geometral enerjilərin istifafədəsini artırmaq, yaşıllaşdırma və meşələrin qorunması kimi addımlar da bu məsələnin həllində xüsusi rol oynaya bilər.

Nəqliyyat islahatı, ictimai nəqliyyatdan istifadə, elektromobillərə keçid də məsələyə təsirsiz deyil. Bildiyimiz kimi, bir çox avtomobil istehsalçı şirkətləri tərəfindən xüsusilə 2025-ci ildə elektromobillərə xüsusi olaraq keçid edilir. Düzdür, bunun mənfi tərəfləri də aşkarlanıb. Ona görə başqa alternativ yollar aranmaqdadır. Amma istənilən halda dünya ictimaiyyəti bunun qarşısını almaq üçün yollar axtarır.

Tullantıların düzgün idarə edilməsi, plastik istifadənin məhdudlaşdırılması da məsələdə xüsusi rol oynaya bilər. Daha çox isə biz beynəlxalq tədbirlərə ümid edirik.

Kəskin hava dəyişikliyinin baş verməsi qlobal iqlim dəyişikliyi ilə izah olunsa da başqa səbəblər də ola bilər. Çünki hava kütlələrinin hərəkəti həm planetimizin kosmik yeri ilə əlaqədar ola bilər.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see332

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see145

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see135

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see134

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see127

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see127

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see115

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri