Icma.az
close
up
RU
Çin kilsə modeli: Paşinyan üçün çıxış yolu?

Çin kilsə modeli: Paşinyan üçün çıxış yolu?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistan mediası son həftələr Nikol Paşinyan hakimiyyəti tərəfindən Erməni Apostol Kilsəsinə təzyiqlər kəskin şəkildə artmasının arxasında dayanan siyasi mətləblərə aydınlıq gətirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bununla bağlı aparılan təhlillərdə Ermənistan hakimiyyətinin yaxın və uzaq məqsədə hesablanmış bir neçə məqsədinin olduğu bildirilir.

Qeyd edilir ki, Nikol Paşinyanın ilk təşəbbüsü bütün ermənilərin katolikosunun seçilməsi prosesinddə Ermənistan Respublikasının həlledici səsə malik olmasına nail olmaqdır.

Paşinyan katolikos namizədlərinin dürüstlük testindən keçməsini nəzərdə tutan yeni qaydalar tətbiq etmək istəyir. Lakin Baş nazirin bu planına qarşı çıxanlar Paşinyanın Ermənistan Konstitusiyasını, 2007-ci ildə qəbul edilmiş “Ermənistan Respublikası və Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında” Qanunu, “Erməni Apostol Kilsəsi” Qanunu və dini etiqad azadlığının beynəlxalq standartlarını pozduğunu bildirir.

Beləliklə, Ermənistanda kilsə dövlətdən ayrılıb. Bütün dini qurumlar qanun qarşısında bərabərdir. Bu o deməkdir ki, dövlətin dini qurumların daxili işlərinə qarışmaq hüququ yoxdur, eləcə də, dövlət kilsənin idarəetmə strukturu, ruhani rəhbərlərin seçilməsi və ibadət qaydasına müdaxilə edə bilməz.

Təklif olunan prosedurun tətbiqi ilə Erməni Apostol Kilsəsi xüsusi statusuna baxmayaraq, digər kilsələrlə hüquqi cəhətdən qeyri-bərabər mövqedə yerləşdirilə bilməz.

“Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında” Qanuna əsasən, dövlətin daxili iyerarxiyaya, kanonik prosedurlara və ya katolikosun seçilməsi prosesinə müdaxilə etmək hüququ yoxdur.Əksinə, qanun kilsənin öz fəaliyyətində muxtariyyətini nəzərdə tutur. Katolikos seçkilərində dövlətin iştirak hüququ kilsənin muxtariyyət prinsipini pozur ki, bu da bu qanunda öz əksini tapıb.

Qeyd edilir ki, Paşinyanın təşəbbüsü həm də beynəlxalq öhdəliklərin pozulmasıdır. Qərarları Ermənistan üçün məcburi olan Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə bildirib ki, dövlət dini liderlərin seçiminə müdaxilə edə bilməz.

Paşinyanın kilsəyə münasibətdə Çin modelini tətbiq etmək istədiyi iddia edilir. Çinin dini təşkilatlara, xüsusilə də xristian kilsələrinə tətbiq etdiyi modelə əsasən, dövlət hökumətə sadiq rəsmi dini struktur yaradır və ona tabe olmayanlar qanunsuz sayılır.

Belə ki, Çində dövlətin nəzarətində olan Çin Katoliklərinin Vətənpərvər Assosiasiyası adlanan qurum fəaliyyət göstərir. Dövlətin tanıdığı bütün ruhanilər hakimiyyət tərəfindən təsdiqlənir, onların fəaliyyətinə ciddi nəzarət edilir və kilsə iyerarxlarının özləri dövlət strukturlarının iştirakı ilə seçilir.

Bu gün Paşinyanın danışdıqları əslində Çin modelidir. Dövlət katolikosların seçilməsi üzərində nəzarəti müəyyən edir və onların vicdanlılığının qiymətləndirilməsi əsasında ruhanilərin xidmətə qəbulunu tənzimləyir. Sadə dillə desək, dövlətin təsdiq etdiyi iyerarxiya yaradılır ki, bu da hakimiyyətin mövqeyi ilə razılaşmayan bütün keşişləri sıxışdırır və nüfuzdan salır.

Ermənistan mətbuatının yazdığına görə, əgər hakimiyyət qanuna və beynəlxalq öhdəliklərə zidd olaraq bu addımı atarsa, o halda Erməni Apostol Kilsəsi iki hissəyə parçalanacaq. Bunlar siyasi rejimə inteqrasiya olunmuş rəsmi kilsə və bu modelə müxalif olan ruhanilərdən ibarət alternativ vəfasız sayılan hissə olacaq. 

Ermənistan Milli Məclsinin sədri Alen Simonyan kilsənin statusu və fəaliyyət qaydaları ilə bağlı Nikol Paşinyanın yeni təşəbbüslərini həyata keçirmək üçün Konstitusiyanın dəyişdirilməsini təklif edib.Spikerin sözlərinə görə, bu cür  məsələlərin həlli qanunvericilik islahatları səviyyəsində həll oluna bilər.

“Əgər hər hansı dini struktura xüsusi status verilirsə, o zaman heç olmasa, şəffaflığı təmin etmək üçün dövlətin də müəyyən iştirakı olmalıdır”, - deyə Simonyan əlavə edib.Ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərlə söhbətində əslində, hakimiyyətin buna nail olmaq niyyətində olduğuna işarə edib:

“Kilsə çoxdan siyasi proseslərdə iştirak edir və əgər cəmiyyət siyasətçilərdən şəffaflıq və hesabatlılıq tələb edirsə, o zaman oxşar yanaşma din xadimlərinə də aid edilməlidir.

Yekun nəticədə, cəmiyyət seçim qarşısındadır. Erməni Apostol Kilsəsini digər konfessiyalar kimi sıradan bir dini qurum hesab etsək, o zaman bütün bu məsələlər ümumiyyətlə, gündəmdən çıxarılmalıdır”.

Bu qarşıdurmada kilsənin mövqeyini müdafiə edənlər hesab edir ki, Paşinyan kilsəyə qarşı mübarizədə yaxın və uzunmüddətli planlar hazırlayıb. Baş nazir katolikosların seçilməsində dövlətin həlledici söz sahibi olmaq istəyini açıq şəkildə bəyan edir.

Yaxınmüddətli plana görə, hakimiyyət kilsənin işlərinə müdaxilə hüququ qazanmaq istəyir və bunu Erməni Apostol Kilsəsinin getdikcə daha çox siyasi proseslərə qarışması ilə əsaslandırır. 

Dövlət qulluqçularından əmlak bəyannaməsi təqdim etmələri tələb olunduğunu nəzərə alsaq, hökumət oxşar mexanizmin kilsəyə də şamil edilməsində israr edəcək. Qeyd edilir ki, bu, qismən EAK və onun ruhanilərini maliyyə nəzarəti sahəsinə daxil etməyə imkan verəcək. 

Paşinyan hakimiyyətinin digər məqsədi yüksək səlahiyyətli ruhanilər üzərində nəzarəti gücləndirmək, onların sədaqətinə nail olmaq və ya “əlverişsiz” hesab olunanların sıradan çıxarılması üçün hüquqi prosedurlara başlamaqdır. Nəticədə, maliyyə hesabatlarına dair formal tələblər vasitəsilə hakimiyyət kilsənin işlərinə müdaxiləni qismən qanuniləşdirir, sistemli təzyiq aləti əldə edir və müxalifət düşüncəli iyerarxları aradan qaldırmaq üçün hüquqi mexanizm yaradır.

Uzunmüddətli plan isə Erməni Apostol Kilsəsisini ictimai rəydə kifayət qədər nüfuzdan salmaqdan ibarətdir. Bununla da hakimiyyət kilsəinin xüsusi rolu haqqında müddəanı ağrısız şəkildə hazırki Konstitusiyadan çıxaracaq.

“Kilsənin nüfuzunu sarsıtmaq üçün oxşar kampaniyalar artıq beynəlxalq təcrübədə, xüsusən də Gürcüstan, Ukrayna və Rumıniyada baş verib. 

Ermənistanın nümunəsində söhbət əhali arasında davamlı etimad göstərilən, həm ölkə daxilində, həm də diasporda geniş struktura malik azsaylı qurumlardan birindən gedir” - deyə Ermənistan mətbuatı yazır. 

Qeyd edilir ki, Erməni Apostol Kilsəsinin zəiflədilməsi təşəbbüsləri Ermənistanla diaspor arasında əlaqələrin qorunub saxlanmasında əsas rol oynayan qurumun sıradan çıxarılmasına yönəlib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Çin kilsə Paşinyan Ermənistan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri