Çin kosmik zondu 1 milyard/km uzaqlıqdakı asteroidə çatıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin "Tianwen-2" kosmik zondu 2016HO3 asteroidindən 20 kilometr məsafəyə uğurla çatıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik Administrasiyası (CNSA) məlumat yayıb.
Məlumata görə, kosmik zondun asteroidə çatması təxminən 400 günlük səyahətdən sonra elmi tədqiqatlara başlamağa imkan verib.
10 illik missiyası ərzində "Tianwen-2" eyni zamanda Yer kürəsinə yaxın 2016HO3 asteroidindən nümunələr toplayacaq və Marsdan daha uzaqda yerləşən əsas asteroid kəmər kometi 311P-ni tədqiq edəcək.
Yaxınlaşma zamanı zond asteroidin fotoşəkillərini çəkib.
Yaxın gələcəkdə zond daha ətraflı elmi tədqiqatlar aparacaq. Asteroidin forması, tərkibi və daxili quruluşu haqqında məlumatlar toplayacaq ki, bu da sonrakı nümunə toplama əməliyyatları üçün əsas olacaq.
Qeyd edək ki, Çin asteroid nümunələrinin qaytarılması missiyası çərçivəsində ilk zondunu 29 may 2025-ci ildə buraxıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















