Dünyada tarixə qovuşan valyutaların SAYI
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1850–2026-cı illər ərzində dünyada təxminən 400 milli pul vahidi dövriyyədən çıxıb.
Lent.az xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) mütəxəssisləri və Oksford Universitetinin tarixçisi Ketrin Şenk bu nəticəyə gəliblər.
Tədqiqatçılar son 176 ildə müxtəlif ölkələrdə mövcud olmuş 568 valyutanın tarixini araşdırıblar. Məlum olub ki, onlardan yalnız 163-ü günümüzə qədər dövriyyədə qalıb. Digərləri siyasi dəyişikliklər, pul islahatları və iqtisadi böhranlar nəticəsində istifadədən çıxarılıb.
Yeni valyutaların yaranmasında ən böyük artım 1960-cı illərdə, bir çox ölkənin müstəmləkəçilikdən azad olduğu dövrdə qeydə alınıb. Növbəti artım isə 1990-cı illərdə SSRİ və Yuqoslaviyanın dağılmasından sonra baş verib.
1994-cü ildə dünyada eyni vaxtda 192 valyuta dövriyyədə olub. Sonradan avronun tətbiqi bu sayı 23 vahid azaldıb.
Araşdırmaya əsasən, milli valyutalar əsasən dövlətlərin müstəqillik qazanması və siyasi dəyişikliklər nəticəsində yaranır. Onların dövriyyədən çıxmasına isə daha çox inflyasiya, iqtisadi böhranlar və pul islahatları səbəb olur.
Tədqiqatçılar müəyyən ediblər ki, valyutaların median mövcudluq müddəti 33 ildir. Təxminən hər dörd pul vahidindən biri isə yaranmasından 10 il keçməmiş dövriyyədən çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















