Icma.az
close
up
RU
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdan TUTARLI CAVAB

“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdan TUTARLI CAVAB

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Xocalı qatillərindən olan Levon Minasyanın gürcü bloqer Tako Tamuna verdiyi müsahibə müzakirələrə səbəb olub. 

Özünü general kimi təqdim edən cəllad müsahibədə  ermənilərin Xocalıda soyqıırmı törətdiyini etiraf edib: 

“Xocalı mənim işimdir… Saysız-hesabsız adam qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır”. 

O, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş, 811 saylı Laçın Alayının əfsanəvi döyüşçülərindən biri, Mübariz Əsgərov haqqında da sərsəm iddialar səsləndirib. Minasyan “Cin Mübariz” ləqəbli qəhrəmanımızla silahsız vəziyyətdə döyüşdüyünü, daha sonra onun başını kəsdiyini iddia edib. Lakin həmin dönəm müharibədə iştirak edənlər özünü general hesab edən bu cəlladın Mübariz Əsgərov haqqındakı fikirlərinin yalandan ibarət olduğunu deyirlər.

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının  (811 saylı Laçın alayı) yaradıcısı və ilk komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Arif Paşa məsələ ilə bağlı “Cebheinfo.az”-a danışıb. 

O, Minasyanın “Cin Mübariz” haqqındakı fikirlərinin həqiqəti əks etdirmədiyini deyib:

“Əslində, Minasyan heç vaxt Mübarizlə dediyi kimi döyüşə bilməzdi. Çünki ermənilərin atdığı “F-1” markalı qumbara nəticəsində Mübariz iki ayağını itirmişdi. O vaxt bizim kəşfiyyatçılar Ermənistanın Şamsı kəndinin ərazisində bir obyektə girmişdilər. 

Ermənilərin atdığı qumbaranın qəlpələri onun hər iki ayağını üzmüşdü. Yəni Mübariz ayaq üstə deyildi ki, həmin erməni ilə əlbəyaxa döyüşəydi. Minosyan sadəcə özünü “qəhrəman” kimi qələmə verməyə çalışır”. 

Həmsöhbətimiz xatırladıb ki, Mübariz Herakl kimi güclü olub: 

“Heç bir erməni onunla üz-üzə gəlməyə cəsarət edə bilməzdi. Mübariz döyüşdə ayaqlarını itirməsinə rəğmən, indi Minosyan onunla əlbəyaxa döyüşdüyünü iddia edir. O, bununla da yalan dediyini təsdiqləyir. Həmçinin, Minosyanın Mübarizin başını kəsdiyi iddiası da həqiqəti əks etdirmir. 

O vaxt biz Mübarizin nəşini nə qədər axtarsaq da, tapa bilmədik. İndiyə kimi onun sonrakı taleyi barədə məlumat yoxdur. Hətta ermənilər özləri də axtarsalar da, Mübarizin meyidini tapa bilmədilər. Sadəcə olaraq onun ayaqqabısının bağı tapılmışdı. Ermənilər “Mübariz bizdə olsaydı, öldürüb cəsədini verərdik, amma bizdə yoxdur” deyirdilər”. 

Polkovnik vurğulayıb ki, ermənilər sadəcə Mübarizin meyidini doğraya bilərlər:

“O, sağ ikən ona qarşı bu addımı atmağa cəsarət edə bilməzlər. Lakin belə bir versiya da yoxdur. Çünki indiyə kimi müxtəlif şayiələr dolaşıb, amma dəqiq məlumat olmayıb. Biz heç vaxt əsirə əl qaldırmamışıq, cəsəd doğramamışıq. Lakin ermənilər vəhşi olduğu üçün belə addımlar atırdılar. Biz türk, Azərbaycan döyüşçüləri olaraq həmişə döyüşçü qürurunu gözləmişik. Ermənilər isə döyüşçü deyillər, sadəcə qatillərdir”.

Arif Paşa qeyd edib ki, Minasyan mülki əhaliyə qarşı soyqırımı törədə biləcək potensiala sahib biri olub:

“Erməni döyüşçüləri qadına, uşağa, yaşlılara əl qaldıra bilərlər. Özünə hörmət qoyan ləyaqətli döyüşçü qadına və ya uşağa toxunmaz. Kişi kişi ilə döyüşər. Minasyanın qadına, uşağa, yaşlılara qarşı vəhşilik etməsi inandırıcıdır. Bu, elə bir xislətə sahib adamdır. Çox güman ki, həmin addımları bu da atıb. O, bunları deməklə guya özünün “qəhrəman” olduğunu düşünür. Erməni ancaq buna qadirdir. Biz erməni döyüşçüləri ilə çox qarşı-qarşıya gəlmişik.Onların nə olduğunu, döyüşmək qabiliyyətlərinin hara kimi olduğunu çox gözəl bilirik. Erməni döyüşçülərinin gücü elə ancaq günahsız, dinc sakinlərə, uşaqlara, qadınlara, hamiləllərə və yaşlılara çatar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: soyqıırm Mübariz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri