Icma.az
close
up
RU
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdan TUTARLI CAVAB

“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdan TUTARLI CAVAB

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Xocalı qatillərindən olan Levon Minasyanın gürcü bloqer Tako Tamuna verdiyi müsahibə müzakirələrə səbəb olub.

Özünü general kimi təqdim edən cəllad müsahibədə ermənilərin Xocalıda soyqıırmı törətdiyini etiraf edib:

“Xocalı mənim işimdir… Saysız-hesabsız adam qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır”.

O, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş, 811 saylı Laçın Alayının əfsanəvi döyüşçülərindən biri, Mübariz Əsgərov haqqında da sərsəm iddialar səsləndirib. Minasyan “Cin Mübariz” ləqəbli qəhrəmanımızla silahsız vəziyyətdə döyüşdüyünü, daha sonra onun başını kəsdiyini iddia edib. Lakin həmin dönəm müharibədə iştirak edənlər özünü general hesab edən bu cəlladın Mübariz Əsgərov haqqındakı fikirlərinin yalandan ibarət olduğunu deyirlər.

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının (811 saylı Laçın alayı) yaradıcısı və ilk komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Arif Paşa məsələ ilə bağlı “Cebheinfo.az”-a danışıb.

O, Minasyanın “Cin Mübariz” haqqındakı fikirlərinin həqiqəti əks etdirmədiyini deyib:

“Əslində, Minasyan heç vaxt Mübarizlə dediyi kimi döyüşə bilməzdi. Çünki ermənilərin atdığı “F-1” markalı qumbara nəticəsində Mübariz iki ayağını itirmişdi. O vaxt bizim kəşfiyyatçılar Ermənistanın Şamsı kəndinin ərazisində bir obyektə girmişdilər.

Ermənilərin atdığı qumbaranın qəlpələri onun hər iki ayağını üzmüşdü. Yəni Mübariz ayaq üstə deyildi ki, həmin erməni ilə əlbəyaxa döyüşəydi. Minosyan sadəcə özünü “qəhrəman” kimi qələmə verməyə çalışır”.

Həmsöhbətimiz xatırladıb ki, Mübariz Herakl kimi güclü olub:

“Heç bir erməni onunla üz-üzə gəlməyə cəsarət edə bilməzdi. Mübariz döyüşdə ayaqlarını itirməsinə rəğmən, indi Minosyan onunla əlbəyaxa döyüşdüyünü iddia edir. O, bununla da yalan dediyini təsdiqləyir. Həmçinin, Minosyanın Mübarizin başını kəsdiyi iddiası da həqiqəti əks etdirmir.

O vaxt biz Mübarizin nəşini nə qədər axtarsaq da, tapa bilmədik. İndiyə kimi onun sonrakı taleyi barədə məlumat yoxdur. Hətta ermənilər özləri də axtarsalar da, Mübarizin meyidini tapa bilmədilər. Sadəcə olaraq onun ayaqqabısının bağı tapılmışdı. Ermənilər “Mübariz bizdə olsaydı, öldürüb cəsədini verərdik, amma bizdə yoxdur” deyirdilər”.

Polkovnik vurğulayıb ki, ermənilər sadəcə Mübarizin meyidini doğraya bilərlər:

“O, sağ ikən ona qarşı bu addımı atmağa cəsarət edə bilməzlər. Lakin belə bir versiya da yoxdur. Çünki indiyə kimi müxtəlif şayiələr dolaşıb, amma dəqiq məlumat olmayıb. Biz heç vaxt əsirə əl qaldırmamışıq, cəsəd doğramamışıq. Lakin ermənilər vəhşi olduğu üçün belə addımlar atırdılar. Biz türk, Azərbaycan döyüşçüləri olaraq həmişə döyüşçü qürurunu gözləmişik. Ermənilər isə döyüşçü deyillər, sadəcə qatillərdir”.

Arif Paşa qeyd edib ki, Minasyan mülki əhaliyə qarşı soyqırımı törədə biləcək potensiala sahib biri olub:

“Erməni döyüşçüləri qadına, uşağa, yaşlılara əl qaldıra bilərlər. Özünə hörmət qoyan ləyaqətli döyüşçü qadına və ya uşağa toxunmaz. Kişi kişi ilə döyüşər. Minasyanın qadına, uşağa, yaşlılara qarşı vəhşilik etməsi inandırıcıdır. Bu, elə bir xislətə sahib adamdır. Çox güman ki, həmin addımları bu da atıb. O, bunları deməklə guya özünün “qəhrəman” olduğunu düşünür. Erməni ancaq buna qadirdir. Biz erməni döyüşçüləri ilə çox qarşı-qarşıya gəlmişik.Onların nə olduğunu, döyüşmək qabiliyyətlərinin hara kimi olduğunu çox gözəl bilirik. Erməni döyüşçülərinin gücü elə ancaq günahsız, dinc sakinlərə, uşaqlara, qadınlara, hamilələrə və yaşlılara çatar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Mart 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri