Icma.az
close
up
RU
Çin nümayəndələrinin XIII Qlobal Bakı Forumunda iştirakı müzakirə olunub

Çin nümayəndələrinin XIII Qlobal Bakı Forumunda iştirakı müzakirə olunub

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin nümayəndələrinin XIII Qlobal Bakı Forumunda iştirakı müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin Pekin şəhərində yüksək səviyyəli görüşündə müzakirələr aparılıb.

Bildirilib ki, səfər çərçivəsində Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq Xüsusi Nümayəndəsi, səfir Vu Honqbo ilə daha sonra isə Tsinghua Universitetinin Manfsild Friman professoru, "Çin və Dünya İqtisadiyyatı Mərkəzi"nin (CCWE) direktoru, tanınmış iqtisadçı Li Daokui, eləcə də Mərkəzin İdarə Heyətinin üzvü və Şvartsman Kollecinin İcraçı dekanı Dr. David Pan ilə görüşlər keçirilib. Görüşlər zamanı əməkdaşlıq imkanları, eləcə də XIII Qlobal Bakı Forumunda Çin nümayəndələrinin iştirakı müzakirə olunub.

Səfərin növbəti günündə nümayəndə heyəti Çin Xalq Xarici İşlər İnstitutunun prezidenti Vu Ken və institutun vitse-prezidenti Yan Tao ilə görüşüb. Tərəflər humanitar dialoq, qlobal məsələlərdə hər iki qurumun birgə fəaliyyət perspektivləri və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Proqram çərçivəsində Dünya Bankının sabiq baş iqtisadçısı və baş vitse-prezidenti professor Justin Yifu Lin ilə görüş də keçirilib. Regional iqtisadi tendensiyalar və dayanıqlı inkişaf strategiyalarının müzakirəsinin ardından, görüşdə həmçinin 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumu, Ümumdünya Şəhərsalma Forumu və Mərkəzin BMT çərçivəsində təşkil etdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri