Icma.az
close
up
RU
“Çin Rusiyaya kompüter komponentlərinin tədarükünü dayandırıb“ Ukrayna mətbuatı

“Çin Rusiyaya kompüter komponentlərinin tədarükünü dayandırıb“ Ukrayna mətbuatı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sosial şəbəkələrdə rusiyalılar narazılıq edir, ölkənin texnoloji cəhətdən təcrid olunmasına görə hakimiyyəti günahlandırır..."

Rusiyanın beynəlxalq ticarətlə bağlı problemləri artır və Çinin "AliExpress" platformasının məhdudiyyətləri rusiyalıların texnologiyaya çıxışına növbəti zərbə olub.

Moderator.az xəbər verir ki, bu barədə "dialog.ru" nəşri yazıb.

Çinin "'AliExpress" ən iri onlayn ticarət platforması rusiyalı istifadəçilər üçün əsas kompüter komponentlərinin- DDR4 və DDR5 operativ yaddaşı, eləcə də SSD disklərinin satışını qadağan edib.

Rusiyanın Ferra.ru nəşrinin məlumatına görə, bu məhsullar fevralın 25-də platformadan yoxa çıxıb və onların yenidən nə vaxt əlçatan olacağı məlum deyil. Bu, alıcılar üçün gözlənilməz olub, çünki "AliExpress" Rusiyaya xarici elektronikanın son tədarük kanallarından biri olub.

Ekspertlər hesab edir ki, bu məhdudiyyətlər ABŞ sanksiyalarının artan təzyiqi ilə bağlıdır. Çinli istehsalçılar və "AliExpress" məcburən Rusiyaya tədarükü dayandırır. Digər tərəfdən, Çin banklarının Rusiya ilə ödənişləri bloklaması da problem yaradır, bu, ikinci dərəcəli sanksiyalar riski ilə bağlıdır. Ödənişlərin çətinləşməsi isə strateji əhəmiyyətli malların alınmasını çətinləşdirir.

Məhdudiyyətlərə səbəb olan başqa bir mümkün amil isə Rusiyanın qanunvericiliyindəki dəyişikliklərdir. 2024-cü ildə bir çox Çinli satıcı "AliExpress" və "Ozon Global" platformalarından çıxıb, çünki yeni qaydalara əsasən, Rusiyada hüquqi şəxs kimi qeydiyyatdan keçməli olub. Sonradan bəzi satıcılar geri qayıtsa da, yeni bürokratik prosedurlar ticarəti yenidən çətinləşdirə bilər.

Rusiyaya təsirləri

Bu qərar rusiyalı istifadəçilər üçün operativ yaddaş, SSD və digər komponentlərin alınmasını daha çətin və baha edəcək. Onlar yerli tədarükçülərə müraciət etməli olacaqlar ki, bu da qiymətlərin artmasına səbəb olacaq.

Bu vəziyyət Putinin hərbi avantüralarının qlobal nəticələrini göstərir. Sanksiyalar Rusiya iqtisadiyyatını sarsıdır və ölkəni dünya bazarından təcrid edir, adi rusiyalılar isə bunun əvəzini qiymət artımı və texnoloji geriləmə ilə ödəməli olur. Artıq sosial şəbəkələrdə narazılıq artır, istifadəçilər malların yoxa çıxmasına qəzəblənir və ölkənin texnoloji cəhətdən təcrid olunmasına görə hakimiyyəti günahlandırır.

Bir çoxları əvvəllər Çindən rahatlıqla texnika sifariş edə bildiklərini, lakin indi hətta əsas komponentlərə çıxışın çətinləşdiyini yazır. Şərhlərdə Rusiyanın niyə beynəlxalq arenada "təcrid olunmuş ölkəyə" çevrildiyi və niyə adi vətəndaşların Kreml siyasətinin nəticələrini ödədiyi barədə suallar getdikcə daha çox səslənir.

Bu fonda elektronika məhdudiyyətlərinin genişlənə biləcəyi və yerli bazarda qiymətlərin kəskin artacağı ilə bağlı narahatlıqlar artır. Nəşrin məlumatına görə, ABŞ-ın yeni administrasiyası ilə əlaqələrin bərpasından sonra Rusiya Qərb şirkətlərinə geri qayıtmaq təklifi ilə müraciət etməyə başlayıb. Mövcud vəziyyət rusiyalılar üçün çox çətindir, baxmayaraq ki, Moskva bunu açıq şəkildə etiraf etməyə hazır deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri