Ukrayna Rusiyaya zərbələri dayandırıb
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna ABŞ Prezidenti Donald Trampın təzyiqindən sonra Rusiyanın neftayırma zavodlarına hücumlara müvəqqəti fasilə verib.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” əməliyyatların gedişindən məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, oktyabrın ortalarında uzaqmənzilli zərbələr həyata keçirən Ukrayna bölmələrinə başlanmış əməliyyatları tamamladıqdan sonra neftayırma zavodlarına yeni hücumları dayandırmaq tapşırılıb.
ABŞ nümayəndəsi Cared Kuşner Kiyevi zərbələrə 30 günlük fasilə verməyə çağırıb. Ukrayna tərəfi isə bunun müqabilində Rusiyanın da enerji obyektlərinə hücumları dayandırmasına və ya əlavə “Patriot” raketlərinin verilməsinə çalışıb. Lakin bu təkliflərlə bağlı razılıq əldə olunmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə neftayırma zavodlarına zərbə endirilməsini qadağan edən əmrin olmadığını bildirib.
Qəzetin mənbələri qeyri-rəsmi fasilənin ABŞ-dakı aralıq seçkilərindən sonraya, hətta noyabrın daha sonrakı günlərinədək davam edə biləcəyini söyləyiblər. Kiyev hücumların dayandırıldığını rəsmən elan etməyib.
Baxış sayı:122
Bu xəbər 30 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















