Icma.az
close
up
RU
Çin Ukrayna savaşında kritik vacib olan dronlar tədarükünü dayandırıb Bloomberg

Çin Ukrayna savaşında kritik vacib olan dronlar tədarükünü dayandırıb Bloomberg

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çinun ucuz texnologiyaları olmadan Ukraynada dronlar istehsalına güclü ziyan vurula bilər..."

Çin pilotsuz uçuş aparatları və onların komponentlərinin tədarükünün xeyli azaldılması barədə elan edib, bu da Ukraynada müharibənin gedişinə təsir göstərə bilər, çünki Rusiya təcavüzünə qarşı mübarizədə dronlar həlledici rol oynayır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Çin və ABŞ arasında münaqişənin eskalasiyası indi də Ukraynanın müdafiəsi üçün kritik vacib olan texnologiyalar sferasını əhatə edib.

Çin istehsalçıları artıq ABŞ və Avropaya mühərriklər, batareyalar və uçuş tənzimləyicilər kimi əsas komponentlərin satışını məhdudlaşdırmağa başlayıb. 

Bu, yaxın zamanlarda tərbiq ediləcək yeni ixrac qaydalarına doğru atılan ilkin addımlardır. Yeni məhdudiyyətlərə lisenziyaların alınması tələbi və ya hökumətin planlaşdırılan tədarüklər barədə xəbərdar edilməsi daxil edilə bilər.

Çinin ucuz komponentlərinə xeyli dərəcədə bel bağlayan Ukrayna bu məhdudiyyətlər səbəbindən xeyli çətinliklərlə üzləşə bilər. Müharibə şəraitində strateji vacib olan dronlar istehsalı təhlükə altına düşə bilər.

Çinin qərarının beynəlxalq aspekti

Vəziyyət Çin ilə ABŞ arasında ticarət münaqişəsinin kəskinləşməsi ilə mürəkkəbləşir. Vaşinqtonun Çinə mikrosxemlər ixracına qoyulan məhdudiyyətlərə cavab olaraq Pekin ikiqat təyinatlı malların Amerika şirkətlərinə satışını qadağan edib.

ABŞ və Avropa dövlətləri daxil olmaqla bir çox qərb şirkətləri artıq Çin tədarükünə alternativ axtarır, lakin Çin istehsalçılarından xeyli asılılıq qalmaqdadır.

Ukraynaya dronlar üçün proqram təminatı tədarük edən "Auterion" şirkətinin direktoru Lorents Mayyerin sözlərinə görə, bu məhdudiyyələr cari layihələr üçün ciddi maneə ola bilər. "Mən bu tarixçəni hər 2-3 gündən bir eşidirəm", - o, qeyd edib. 

Dronların Ukrayna müharibəsində rolu

Ukrayna istehsalçıları əlçatan və səmərəli silah yaratmaq üçün Çin komponentlərindən fəal şəkildə istifadə edir. Pilotsuz uçuş aparatları kəşfiyyat və döyüş tapşırıqlarının icrası üçün əsas alətə çevrilib.

2023-cü ilin iyul ayında Çin artıq hərbi məqsədlər üçün istifadə edilən dronların ixracına qadağa qoyub və bəyan edib ki, münaqişə tərəflərinin heç  birinə dəstək vermir. 

Vaşinqton vəziyyəti fəal surətdə izləyir. ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi o cümlədən mühərriklər, batareyalar və maqnitlərin alternativ tədarükçülərinin axtarışı üzərində işləyir.

Pentaqon həmçinin ÇXR ordusu ilə əlaqəli olan bir neçə Çin şirkətlərini "qara siyahı"ya salıb. Lakin bu məhdudiyyətlər hələlik Çin texnologiyalarından ümumi asılılığını aradan qaldırmır.

ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası üzrə İdarəsinin rəhbəri vəzifəsini icra edən Tom Vestin sözlərinə görə, dronlar üçün Çin komponentlərinin ixracı Rusiyaya Ukraynanın mülki infrastrukturuna zərbələr endirməsinə kömək edir. O, bəyan edib:

"ÇXR bu ixracda dünyanın istənilən ölkəsini üstələyir, bununla da Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturunun əsassız dağıdılmasına kömək edir".

Ukrayna və onun tərəfdarları hazırda dron texnologiyalarının o cümlədən Cənubi Koreya, Yaponiya və Tayvandan yeni tədarük mənbələrini axtarır.

Çin ucuz komponentlərinin aparıcı istehsalçısı olaraq qalır, lakin ÇXR-dən asılılığın azaldılması üzrə qlobal səylər davam edir.

Oksford İnternet İnstitutundan Kiqan Makbraydın fikrincə, bu məhdudiyyətlər Pekinin diqqətlə ölçülüb-biçilmiş qərarıdır:

"Onların bu qaydalara nə qədər ciddi şəkildə riayət etməsi onların ciddiliyini göstərəcək".

Ukrayna eyni zamanda yeni şəraitə tez bir zamanda uyğunlaşmaq zərurəti ilə üzləşəcək, çünki dron texnologiyaları onun hərbi strategiyasının vacib elementi olaraq qalır.

Müharibədə dronlar - son xəbərlər

Bu yaxınlarda bəlli olub ki, ukraynalı mütəxəssislər PUA-lar üçün yüksək dəqiqli döyüş sursatları işləyib hazırlayır.

Hərbi icmalçıların fikrincə, onlar dronlardan döyüş meydanında istifadə edilməsinin effektliyini kəskin şəkildə yüksəltməyə imkan verəcək.

Bundan öncə məlumat verilib ki, Ukraynada ucuz "antişəhid" dronlar yaradılıb. Bu PUA-ların ən mühüm vəzifəsi hədəfin avtomatik olaraq ələ keçirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri