Icma.az
close
up
RU
Çin toyuğu da yeyirik: “Yeni fermalar tikə bilmir, dövlət idarələri ilə problem yaşayırıq”

Çin toyuğu da yeyirik: “Yeni fermalar tikə bilmir, dövlət idarələri ilə problem yaşayırıq”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 23 min 26 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 28 % azdır. Hesabat dövründə Azərbaycana Ukraynadan 16,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 10 min 560 ton (-26 %), Rusiyadan 8,3 milyon ABŞ dolları dəyərində (-60 %) 5 min 572 ton (-49 %), Gürcüstandan 6,2 milyon ABŞ dolları dəyərində (+53 %) 2 min 581 ton (+25 %), Belarusdan 3,9 milyon ABŞ dolları dəyərində (-27 %) 3 min 528 ton (-3 %), Özbəkistandan 1,5 milyon ABŞ dolları dəyərində (-43 %) 528 ton (-51 %) məhsul gətirilib. Azərbaycan 9 ilin tamamında Çindən (69 min ABŞ dolları dəyərində 54 ton) tədarükü bərpa edib. 

Ölkəmizdə də toyuq əti istehsal edilir və alıcıların tələbatını ödəyəcək səviyyədə olduğu deyilir. Üstəlik alıcılar baha olmasına baxmayaraq daha çox yerli məhsullara üstünlük verirlər. Belə olduğu təqdirdə xarici ölkələrdən toyuq əti idxalına ehtiyac nədən yaranıb? 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, ölkəyə gələn toyuq ətinin bir çoxu kolbasa və sosiskalarda istifadə  üçündür: 

“Onların bir çoxu xarici ölkələrdə yumurtadan kəsilmiş, qidaya yaramayan ətlərdir. Sadəcə onlar AQTA tərəfindən hazırda ciddi nəzarət altında, yoxlamadan keçirildikdən sonra ölkəyə buraxılır. Onu da qeyd edim ki, bu sahədə AQTA çox dəqiq fəaliyyət göstərir. Hər hansı problemi olan  məhsulların ölkəmizə idxalına imkan vermir. 

Ümumiyyətlə, toyuq əti istehsalı üzrə hazırda ölkədə 85-90 faiz civarında təminatı təşkil edə bilirik. Düşünürəm ki, gələn il üçün bunu 100 faiz edəcəyik. Ancaq hələlik bizim 100 faiz təmin edə bilməməyimizin əsas səbəblərindən biri odur ki, istehsal sahələrinə bioloji fasilə verə bilmirik. Bununla bağlı dəfələrlə hökumətdən kənd təsərrüfatı təyinatlı torpaqların dəyişməsini xahiş etsək də hələ bir nəticə əldə etməmişik. 

Səbəb də ondan ibarətdir ki, biz bioloji fasilə verməyimiz üçün digər sahələrin inşa etməli, yaxud Sovet dövründən qalan fabriklərdə yenilənmə aparmalıyıq. Yeni innovasiya tətbiq etməliyik.  Həmin fermalar innovasiyaya uyğun deyil. Buna görə də söküb yenisini tikməliyik. Söküb yenidən tikib, təmir etdikdə də artıq dövlət idarələri ilə problemlər yaşayırıq”. 

Həmsöhbətimiz bu yaxınlarda AQTA tərəfindən Gürcüstandan gələn Çin mənşəli toyuq döş ətlərinin qarşısı alındığını deyib:

“Onlar Çindən döş ətini alıb, gətirib Gürcüstanda mənşəyini dəyişərək ölkəmizə idxal etmək istəyirdilər. Bunun qarşısı alındı. İki firmanın idxalına qadağa qoyuldu. Yerində yoxlama keçirildi. 

Məlum oldu ki, həmin firmaların Gürcüstanda ancaq birotaqlı ofisləri var, nə ferma, nə kəsim sexləri var. Çindən birbaşa tədarükdə  problem yoxdur. Yəni Çin məhsulu kimi satışa gedə bilər. Ancaq Çin məhsulunu bizə Gürcüstan məhsulu kimi idxal etmələri doğru deyil. 

Düşünürəm ki, 2026-cı ildə toyuq əti ilə bağlı tam təminata nail olacağıq. Damazlıq yumurtada buna nail olmuşuq və artıq ixrac edirik. Süfrə yumurtasında da ixracımız var. Dünyanın bir çox dövlətlərinə, o cümlədən ABŞ-yə ixracımız var. Yeni ildə daha yaxşı nəticələr əldə edə biləcəyik”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Çin toyuğu Mürvət Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri