Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin Ukraynada davamlı sülhün əldə olunması üçün münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını və bütün tərəflərin təhlükəsizlik sahəsində qanuni narahatlıqlarının nəzərə alınmasını zəruri hesab edir.
APA xəbər verir ki, bunu Çinin BMT yanında daimi nümayəndəsinin müavini Sun Ley BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı Qərb ölkələrinin təşəbbüsü ilə çağırılmış iclasında bildirib.
“Böhranın köklü səbəblərini aradan qaldırmaq və davamlı sülhə nail olmaq son dərəcə vacibdir. Münaqişə və müharibələrdə qalib olmur”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, maraqlı tərəflər Ukrayna böhranından nəticə çıxarmalı və təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl etməlidirlər.
“Tərəflər bir-birinin təhlükəsizlik sahəsində qanuni narahatlıqlarına lazımi diqqət yetirməli, xüsusilə də münaqişənin əsas səbəblərini nəzərə almalıdırlar. Eyni zamanda, balanslaşdırılmış, effektiv və davamlı regional təhlükəsizlik arxitekturası formalaşdırılmalıdır”, – Sun Ley vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Noyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















