Çin Ukraynaya görə Rusiyaya ultimatum verib Zelenski
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rəsmi Pekin ilk dəfə Rusiyaya Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə cavab olaraq nüvə silahından istifadə ehtimalı ilə bağlı istənilən bəyanat və ya çıxışlarına qarşı ultimativ formada və kifayət qədər sərt xəbərdarlıq edib".
Redaktor.az "Ua.news" portalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO sammitinin yekunlarına dair jurnalistlərlə ünsiyyət zamanı bildirib.
Çinin təsiri və müharibənin potensial bitməsindəki rolu Ukrayna dövlət başçısının ABŞ Prezidenti Donald Trampla danışıqlarında, həmçinin avropalı liderlərlə müzakirələrində əsas mövzulardan biri olub. Zelenski söhbətin bu hissəsinin təfərrüatının onunla Tramp arasında qalmasını xahiş edib.
Prezidentin sözlərinə görə, avropalı tərəfdaşlar Çin tərəfi ilə son təmasları barədə məlumat veriblər. Həmin təmaslar zamanı Pekin Moskvanın hərəkətlərinə münasibətdə əvvəlkinə nisbətən nəzərəçarpacaq dərəcədə daha sərt möqeyini nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 İyul 2026 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















