Icma.az
close
up
RU
Cinayətə aparan yol: İşsizlik və yoxsulluq

Cinayətə aparan yol: İşsizlik və yoxsulluq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son illər ölkədə baş verən müxtəlif cinayət hadisələri cəmiyyətdə müzakirələrə səbəb olur.

Bəzən adi mübahisə, şəxsi münasibətlər zəminində yaranan narazılıq, borc məsələsi və ya küçədə baş verən sözlü qarşıdurma ağır cinayətlə nəticələnir. Hətta bəzi hallarda insanlar ani qəzəbə qapılaraq qarşı tərəfə xəsarət yetirir, münaqişəni zorakılıq yolu ilə həll etməyə çalışırlar. Digər tərəfdən, ailədaxili münaqişələr, məişət zorakılığı, soyğunçuluq və digər cinayət hadisələri də insanların təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Xüsusilə, mübahisələrin bu qədər asanlıqla zorakılığa çevrilməsi, insanların aqressiv davranışlarının arxasında hansı səbəblərin dayanması və bəzi şəxslərin qanunu pozmaqdan çəkinməməsi diqqət çəkir. Belə  hadisələrinin baş verməsinə hansı amillər təsir göstərir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, ölkədə dayanıqlılıq və sabitlik mövcuddur, vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin olunur və kriminal vəziyyət nəzarət altındadır:

“Son illər ərzində, xüsusilə COP29-dan bəri Bakıda və Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin həyata keçirilməsinin əsas fundamental təminatlarından biri ölkədəki sabitlikdir. Əgər hüquq-mühafizə orqanları, xüsusilə Azərbaycan polisi təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirə bilməsəydi, heç bir beynəlxalq təşkilat, BMT və digər dövlətlər Azərbaycanda belə beynəlxalq tədbirlərin keçirilməsinə razılıq verməzdilər.

Ötən il ərzində əvvəlki illərlə müqayisədə ölkədə qeydə alınan ümumi cinayətlərin sayında azalma müşahidə olunub. Həm prokurorluq orqanlarının, həm də Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətlərində bu məsələyə diqqət yetirilir. Belə ki, əvvəlki illərdə 34 mindən bir qədər çox cinayət rəsmi qeydiyyata alınırdısa, 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bu rəqəmin 31 852 olduğu açıqlanıb. Beləliklə, cinayətlərin sayında təxminən 3 min azalma qeydə alınıb. Belə düşünülə bilər ki, bəlkə də müraciət edənlərin sayı azalıb.

Lakin məsələ təkcə vətəndaşların rəsmi müraciətləri ilə məhdudlaşmır. Daxili işlər orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq baş vermiş cinayətləri aşkar edir, vətəndaşlardan daxil olan məlumatları araşdırır, bu məlumatlar əsasında bir sıra ağır və xüsusilə ağır cinayətlərin aşkar olunmasını və açılmasını təmin edirlər. Ümumilikdə il ərzində 214-dən çox kriminal qrup, yəni cinayət törədən və cinayətə meyilli şəxslərdən ibarət qruplar ifşa olunaraq zərərsizləşdirilib. Qrup halında törədilən cinayətlərin sayı təxminən 9 faiz azalıb". O bildirib ki, bu, sıradan bir rəqəm deyil:

"Burada vətəndaş cəmiyyətinin atdığı addımların, həyata keçirilən tədbirlərin də öz səbəb və nəticələri var. Kifayət qədər geniş maarifləndirmə tədbirləri həyata keçirilir və onların əhatə dairəsi getdikcə genişlənir”.

Onun sözlərinə görə, keçirilən maarifləndirmə və profilaktik tədbirlər nəticəsində odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 44-45 faiz, ailə münaqişələri zəminində törədilən cinayətlərin sayı isə təxminən 3,12 faiz azalıb:

“Ümumilikdə, ağır və xüsusilə ağır cinayətlərin sayında da 8,6 faiz, başqa sözlə, təxminən 9 faiz azalma müşahidə olunub. İctimai yerlərdə baş verən cinayətlər, o cümlədən xuliqanlıq və ictimaiyyətə hörmətsizlik xarakterli əməllərlə bağlı göstəricilərdə də əvvəlki illərlə müqayisədə azalma qeydə alınır. Bununla belə, dələduzluq cinayətlərinin sayında artım müşahidə olunur.

Bu cinayətlər əsasən insanların bir-birinə olan etibarından sui-istifadə edilməsi nəticəsində baş verir. Bəzən vətəndaşlar tanımadıqları şəxslərə sadəlövhlüklə inanır, müəyyən işin görülməsi və ya xidmətin göstərilməsi müqabilində onlara pul verirlər. Lakin qarşı tərəf həmin məbləği aldıqdan sonra aradan çıxır. Bu da dələduzluq hallarının artmasına səbəb olan amillərdən biridir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə də gücləndirilib. 2024-cü illə müqayisədə 2025-ci ildə bir tondan çox əlavə narkotik vasitənin aşkarlandığı qeyd olunur. Ümumilikdə, 2025-ci ildə dövriyyədən 6 tona yaxın narkotik vasitə çıxarılıb. Sanki kriminal düşüncəli insanların cinayətkarlığa aparan yolları genişlənib.

Kriminologiya elmi var və bu elm cinayətkarlığı doğuran səbəb və şəraiti öyrənir. Həmin səbəblər arasında sosial amillər də mühüm yer tutur. İşsizlik və yoxsulluq kimi hallar insanların cinayətə meyilliliyini artıra bilər. Amma iradəsi möhkəm olan, öz iradəsini nəfsinə üstün tuta bilən insanlar, təbii ki, ictimai davranış qaydalarından kənara çıxmırlar. Burada bir nüansı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində dövlətin ali məqsədi müəyyənləşdirilib.

Bu məqsəd iki əsas istiqaməti əhatə edir: insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması. Konstitusiyanın 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət etmək, onları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 52-ci maddəsində isə Azərbaycan vətəndaşlığının mahiyyəti açıqlanır. Həmin maddəyə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

O qeyd edib ki, yəni vətəndaş kimi hər kəsin üzərinə müəyyən öhdəliklər düşür:

“Ölkədəki bütün məsuliyyəti yalnız ayrı-ayrı qurumların, hüquq-mühafizə orqanlarının və ya məhkəmələrin üzərinə qoymaq düzgün yanaşma deyil. Burada Azərbaycan vətəndaşlarının da rolu var. Ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasını tələb edən hər bir Azərbaycan vətəndaşı özünə sual verməlidir: ölkədə sabitliyin qorunması və təhlükəsizliyin təmin olunması üçün biz nə etmişik? Tam səmimi deyim ki, ölkəmizdə 200-ə yaxın diplomatik korpus fəaliyyət göstərir və müxtəlif ölkələrin nümayəndələri burada təmsil olunurlar.

Onların hər biri ölkədə sabitliyin təmin olunması ilə bağlı müəyyən mənada öz məmnunluğunu ifadə edir. Bu da Azərbaycanda təhlükəsizliyin təmin olunmasının və sabitliyin qorunmasının əhəmiyyətini göstərir.Ölkəmizdə təhlükəsizliyin və sabitliyin bundan sonra da qorunacağına, insanların rahat və təhlükəsiz şəraitdə yaşayacağına inanırıq. Əsas məqsəd ölkədə mövcud olan sabitliyin davamlılığını təmin etmək, vətəndaşların təhlükəsizliyini qorumaq və gələcəkdə də bu istiqamətdə müsbət nəticələr əldə etməkdir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri