Cinayətkar qrupa məxsus silah anbarı aşkarlandı Qırğızıstanda
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstanın Şu vilayətinin Tokmak şəhərində cinayətkar qrupun keçmiş lideri Kamşı Kolbayevin mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinə məxsus sursat anbarı aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Əməliyyat zamanı iki avtomat, iki mina, bir əldəqayırma partlayıcı qurğu, bir qumbara, trotil, bir maska, iki bıçaq, üç detonator və müxtəlif kalibrli sursat müsadirə edilib.
Bəyanatda deyilir: “Bu silahların respublikada ictimai-siyasi vəziyyəti pozmaq da daxil olmaqla, xüsusilə ağır cinayətlər törətmək üçün nəzərdə tutulduğunu inkar etmək olmaz və bunun üçün uyğun vaxt gözlənilirdi”.
Silahın əvvəlki cinayətlərdə istifadə edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə-ballistik ekspertizası təyin edilib və müvafiq tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 31 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















