Qırğızıstanda kükürd turşusunun satışı ilə məşğul olan cinayətkar dəstə üzvləri saxlanılıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Qırğızıstanın Cəlalabad vilayətində kükürd turşusunun satışı ilə məşğul olan transmilli cinayətkar dəstənin üzvləri saxlanılıb. SİA Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 3 nəfərdən biri Oş vilayətinin sakini, ikisi isə əcnəbidir. Onlardan biri cinayətkar sxemin digər iştirakçıları barədə məlumat verib. Nəticədə Oş vilayətinin daha dörd sakini dindirilməyə cəlb olunub.
Şübhəlilərin digər cinayətlərdə mümkün iştirakı araşdırılır.
Daha əvvəl hüquq-mühafizə orqanlarına xarici vətəndaşın Qırğızıstanda xüsusilə külli miqdarda prekursorların qanunsuz saxlanması, daşınması və satışı ilə əlaqəsi olduğu məlum olub. Mayın 27-də şübhəli şəxs təxminən 500 kq kükürd turşusunu 80 min soma (təxminən 9,15 min dollar) satmağa cəhd edərkən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















