Çində 1000 kilometr, Avropada 900: BYD batareyasının fərqi
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
BYD şirkətinin istifadə etdiyi “Blade 2.0” batareyası barədə son günlərdə avtomobil saytları kifayət qədər geniş məlumat verib. Bildirilir ki, bu batareya cəmi 5 dəqiqəyə 60 faiz dolur.
Avtosfer.az xəbər verir ki, belə sürət 1500 kilovattlıq şəbəkə ilə mümkündür. Çinli istehsalçı həm də elektromobilin bu batareya ilə 1006 kilometr qət etdiyini bildirir. Avropada isə bu göstərici 900 kilometri keçmir. Bəs bu fərq haradan yaranır?
Məsələ burasındadır ki, Avropada avtomobil sınaqları daha sərtdir. Çində elektromobillərin gediş ehtiyatı bir qayda olaraq tıxacların çox olduğu, addımbaşı tormozdan istifadə edilən şəhərlərdə ölçülür. Bu rejim batareyaların rekuperasiya yolu ilə dolmasına şərait yaradır və gediş ehtiyatı süni şəkildə artır.
Avropada isə testlər həm də avtomagistrallarda həyata keçirilir. Yanacaqla işləyən avtomobillərin magistralda sərfiyyatı azalsa da, elektromobildə artır. Çünki tormozdan az istifadə edildiyi üçün batareya dola bilmir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 İyul 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















