Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Çinin şərqində yerləşən Anhoy vilayətinin Fuyan şəhərindəki xəstəxana regionda ilk dəfə alkoqol asılılığının müalicəsi məqsədilə implant yerləşdirmə əməliyyatı həyata keçirdiyini bildirib.
AZƏRTAC “China Daily” nəşrinə istinadla xəbər verir ki, bu cihaz spirtli içkilərə qarşı psixoloji asılılığı azaldan dərman olan naltreksonla dolu kapsullardan ibarətdir.
Çip soya dənəsi ölçüsündə 10 qranuldur və qarın nahiyəsində dərialtı piy təbəqəsinə kiçik bir kəsiklə yerləşdirilir. Kapsullar tədricən naltrekson hidrokloridi ifraz edir, bu maddə isə beyindəki opioid reseptorlarını bloklayır. Effekt 4 saat ərzində hiss olunur və altı aydan artıq müddətdə davam edir, beləliklə residiv riskini azaldır.
Əməliyyat olunan şəxs gündəlik olaraq 0,5–1 litr güclü spirtli içki qəbul edirdi ki, bu da aqressiya və ailədaxili münaqişələrə səbəb olurdu. İyirmi il ərzində o, 9 dəfə xəstəxanada müalicə almış, lakin nəticə əldə edə bilməmişdi. Əməliyyatdan sonra onun spirtə olan meyli xeyli azalıb. Bu cür implantlara sahib digər pasiyentlər də bildiriblər ki, artıq alkoqolun qoxusu belə onlarda iyrənmə hissi yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















