Icma.az
close
up
RU
Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq

Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 25 dekabr, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) 2026-2027-ci tədris ilində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq. Artıq Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsinə qəbul elan edilib.

Bu barədə AZƏRTAC-a PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev məlumat verib. Bildirib ki, Azərbaycan dili üzrə magistr proqramı 3 illik nəzərdə tutulub. İxtisas dil, ədəbiyyat və tərcümə təmayüllüdür. Tədris müddətində tələbələrin Azərbaycanda müvafiq tədqiqatlar aparması nəzərdə tutulub.

Müsahibimizin fikrincə, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsinə qəbul həm təhsil, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. “İlk növbədə, bu ixtisas Çin–Azərbaycan münasibətlərinin dərinləşməsi fonunda yüksəkixtisaslı kadr ehtiyacını qarşılayacaq. “Kəmər və yol” təşəbbüsü, eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat çərçivəsində siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi Azərbaycan dilini bilən, regionu yaxından tanıyan mütəxəssislərə olan tələbatı artırır. Magistratura səviyyəsində hazırlanmış kadrlar artıq təkcə dili bilən deyil, eyni zamanda, analitik düşüncəyə, elmi-tədqiqat bacarığına və peşəkar tərcümə səriştəsinə malik mütəxəssislər kimi formalaşacaqlar”, - deyə Aqşin Əliyev bildirib.

Kafedra müdiri əlavə edib ki, magistratura səviyyəsinə qəbul Azərbaycan dilinin Çində institusional inkişafı baxımından mühüm mərhələdir. Bu proses Çində Azərbaycan dilinin öyrənilən dildən elmi cəhətdən tədqiq olunan dil mərhələsinə yüksəldiyini göstərir. Bakalavriat təhsilindən sonra magistraturanın açılması bu sahənin davamlılığını və gələcəkdə doktorantura səviyyəsinə keçid imkanlarını təmin edir. Nəticədə Azərbaycan dilinin yalnız praktiki dil kimi deyil, müstəqil elmi-tədqiqat sahəsi kimi formalaşması üçün münbit şərait yaranır. Nəhayət, bu qəbul həm də humanitar diplomatiya və mədəni yumşaq güc baxımından da əhəmiyyətlidir. PXDU-da yetişən Azərbaycan dili üzrə magistrlər gələcəkdə diplomat, tərcüməçi, tədqiqatçı, jurnalist və beynəlxalq layihələr üzrə mütəxəssis kimi Çin–Azərbaycan əlaqələrinin möhkəmlənməsində körpü rolunu oynayacaqlar. Beləliklə, PXDU-da Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsində təhsil yalnız bir təhsil hadisəsi deyil, eyni zamanda, elmi, mədəni və strateji əhəmiyyətə malik uzunmüddətli investisiyadır.

Magistratura proqramının çinli tələblərlə yanaşı, azərbaycanlı bakalavr məzunlar üçün də açıq olduğunu vurğulayan Aqşin Əliyevin sözlərinə görə, PXDU-da Azərbaycan dili üzrə magistratura proqramını Azərbaycanın müvafiq universitetlərinin filoloji magistratura ixtisaslarından fərqli edən xüsusiyyət Çincə-Azərbaycanca qarşılıqlı tərcümə təmayüllü olmasıdır. Belə ki, tələbələr 3 illik magistratura proqramını bitirdikdən sonra Çincə-Azərbaycanca ixtisaslı tərcüməçi kimi yetişə bilərlər. Odur ki, ixtisasa müraciət edən azərbaycanlı tələbələrdən Çin dili səviyyə sertifikatı (HSK 5 və 6 dərəcə), çinli tələbələrdən isə Azərbaycan dili üzrə B2 bacarıq səviyyəsi tələb olunur.

Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan PXDU-da Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. Onların böyük əksəriyyəti magistratura təhsilini bitirərək, müxtəlif sahələrdə çalışırlar. 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavriat səviyyəsi üzrə təhsil alır. Onlar universitetin tədris proqramına uyğun olaraq cari tədris ilində təhsillərini Azərbaycanda davam etdirirlər. PXDU Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Xəzər Universiteti və digər qurumlarla sıx əməkdaşlıq edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri