Icma.az
close
up
RU
Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq

Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) 2026-2027-ci tədris ilində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq. Artıq Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsinə qəbul elan edilib.

525.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev məlumat verib. Bildirib ki, Azərbaycan dili üzrə magistr proqramı 3 illik nəzərdə tutulub. İxtisas dil, ədəbiyyat və tərcümə təmayüllüdür. Tədris müddətində tələbələrin Azərbaycanda müvafiq tədqiqatlar aparması nəzərdə tutulub.

Müsahibimizin fikrincə, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsinə qəbul həm təhsil, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. “İlk növbədə, bu ixtisas Çin–Azərbaycan münasibətlərinin dərinləşməsi fonunda yüksəkixtisaslı kadr ehtiyacını qarşılayacaq. “Kəmər və yol” təşəbbüsü, eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat çərçivəsində siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi Azərbaycan dilini bilən, regionu yaxından tanıyan mütəxəssislərə olan tələbatı artırır. Magistratura səviyyəsində hazırlanmış kadrlar artıq təkcə dili bilən deyil, eyni zamanda, analitik düşüncəyə, elmi-tədqiqat bacarığına və peşəkar tərcümə səriştəsinə malik mütəxəssislər kimi formalaşacaqlar”, - deyə Aqşin Əliyev bildirib.

Kafedra müdiri əlavə edib ki, magistratura səviyyəsinə qəbul Azərbaycan dilinin Çində institusional inkişafı baxımından mühüm mərhələdir. Bu proses Çində Azərbaycan dilinin öyrənilən dildən elmi cəhətdən tədqiq olunan dil mərhələsinə yüksəldiyini göstərir. Bakalavriat təhsilindən sonra magistraturanın açılması bu sahənin davamlılığını və gələcəkdə doktorantura səviyyəsinə keçid imkanlarını təmin edir. Nəticədə Azərbaycan dilinin yalnız praktiki dil kimi deyil, müstəqil elmi-tədqiqat sahəsi kimi formalaşması üçün münbit şərait yaranır. Nəhayət, bu qəbul həm də humanitar diplomatiya və mədəni yumşaq güc baxımından da əhəmiyyətlidir. PXDU-da yetişən Azərbaycan dili üzrə magistrlər gələcəkdə diplomat, tərcüməçi, tədqiqatçı, jurnalist və beynəlxalq layihələr üzrə mütəxəssis kimi Çin–Azərbaycan əlaqələrinin möhkəmlənməsində körpü rolunu oynayacaqlar. Beləliklə, PXDU-da Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsində təhsil yalnız bir təhsil hadisəsi deyil, eyni zamanda, elmi, mədəni və strateji əhəmiyyətə malik uzunmüddətli investisiyadır.

Magistratura proqramının çinli tələbələrlə yanaşı, azərbaycanlı bakalavr məzunlar üçün də açıq olduğunu vurğulayan Aqşin Əliyevin sözlərinə görə, PXDU-da Azərbaycan dili üzrə magistratura proqramını Azərbaycanın müvafiq universitetlərinin filoloji magistratura ixtisaslarından fərqli edən xüsusiyyət çincə-azərbaycanca qarşılıqlı tərcümə təmayüllü olmasıdır. Belə ki, tələbələr 3 illik magistratura proqramını bitirdikdən sonra çincə-azərbaycanca ixtisaslı tərcüməçi kimi yetişə bilərlər. Odur ki, ixtisasa müraciət edən azərbaycanlı tələbələrdən Çin dili səviyyə sertifikatı (HSK 5 və 6 dərəcə), çinli tələbələrdən isə Azərbaycan dili üzrə B2 bacarıq səviyyəsi tələb olunur.

Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan PXDU-da Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. Onların böyük əksəriyyəti magistratura təhsilini bitirərək müxtəlif sahələrdə çalışırlar. 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavriat səviyyəsi üzrə təhsil alır. Onlar universitetin tədris proqramına uyğun olaraq cari tədris ilində təhsillərini Azərbaycanda davam etdirirlər. PXDU Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Xəzər Universiteti və digər qurumlarla sıx əməkdaşlıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri