Icma.az
close
up
RU
Çində Azərbaycan dili virtual formada tədris olunur

Çində Azərbaycan dili virtual formada tədris olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 19 may, AZƏRTAC

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşəbbüsü ilə yaradılan Çin xarici dillərin kütləvi açıq onlayn tədrisi Alyansının platforması vasitəsilə Azərbaycan dili virtual formada tədris olunmağa başlanıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi əcnəbi dilləri və mədəniyyətləri öyrənmək istəyən çinlilərə müasir texnologiyaların imkanları sayəsində əlverişli imkan yaratmaqdır. Belə ki, internet vasitəsilə PXDU-nun xarici dillərin onlayn tədrisi platformasına daxil olan çinlilər virtual dərslər vasitəsilə müxtəlif dilləri, o cümlədən Azərbaycan dilini başlanğıc mərhələdə öyrənə biləcəklər. Bu məqsədlə Azərbaycan dili üzrə virtual dərslər platformaya yüklənib. Azərbaycan dilinin onlayn dərslərinin çəkilişləri PXDU-nun Xarici dillərin tədrisi və tədqiqi nəşriyyatında həyata keçirilib. Azərbaycan dili üzrə 12 virtual dərsi PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədris edib. Dərslərdə qrammatik qaydalarla yanaşı, yeni sözlər, dildə daha çox istifadə olunan söz birləşmələri öyrədilir, qısa dialoqlar, mətnlər təqdim olunur. Hər dərsin sonunda Azərbaycan mədəniyyəti, o cümlədən ədəbiyyatı, musiqisi, xalçaçılıq sənəti haqqında bilgi verilir. Redaktə işlərini isə nəşriyyatın mütəxəssisi Çen Hayçinq aparıb.

Dünyada xarici dillərin tədrisi istiqamətində öncül ali təhsil ocaqlarından olan PXDU-nun həyata keçirdiyi bu layihə Çində bir ilk olmaqla yanaşı, kütləviliyi ilə diqqət çəkir. Platformadan xarici dilləri öyrənmək istəyənlər, eləcə də xarici ölkələrin mədəniyyəti ilə tanış olmaq istəyənlər pulsuz yararlana bilərlər. Çin üzrə 1000-dən çox universitetdən 4 milyondan çox tələbə platformanın dərslərindən istifadə edib.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri