Icma.az
close
up
RU
Çində başlayan proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir? 5 illik ssenari KONKRET

Çində başlayan proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir? 5 illik ssenari KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Çində tam avtomatlaşdırılmış və demək olar ki, insan müdaxiləsi olmadan işləyən “ağıllı limanlar” sürətlə inkişaf edir. Ən məşhur nümunələrdən biri Qingdao Port limanıdır. Belə ki, burada konteynerlərin daşınmasını sürücüsüz robot maşınları həyata keçirir. Nəhəng kranlar uzaqdan idarə olunur və ya süni intellekt sistemi ilə işləyir. Gəmilərin yüklənməsi və boşaldılması proseslərinin böyük hissəsi də avtomatik həyata keçirilir.

Bundan başqa, tekstil sənayesində də artıq insan iştirakı minimuma endirilən “ağıllı anbarlar” yaradılır. Belə anbarlarda əsas işi robotlar və süni intellekt görür.

Bütün dünyada insansız idarəetmə prosesləri sürətləndiyi bir vaxtda yaxın 3-5 il ərzində bizi nə gözləyir? Bu, insanların işsiz qalmasına gətirib çıxa bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, növbəti 5 ildə süni intellekt, robotlar və avtomatlaşdırılmış sistemlərin tətbiqi daha da genişlənəcək:

“Limanlarda, anbarlarda, logistika mərkəzlərində və hətta bəzi istehsal sahələrində insan əməyinə olan tələbat azalacaq. Ancaq bu, insanların tamamilə işsiz qalacağı anlamına gəlmir. Çünki istənilən texnologiyanın arxasında yenə insan dayanır. Robotun özü də avadanlıqdır, onun mühərriki, sensorları, proqram təminatı, mexaniki və digər hissələri var. Avadanlıq sıradan çıxdıqda, proqramda xəta yarandıqda yaxud sistem gözlənilməyən vəziyyətlə qarşılaşdıqda müdaxilə edən insan olur. Robotun təmirini, texniki xidmətini, proqram yenilənməsini və idarə edilməsini yenə insanlar həyata keçirir”.

Ekspert bildirib ki, texnoloji inqilablar bəzi peşələri sıradan çıxarsa da, onların yerinə yeniləri yaradılır:

“Məsələn, əvvəllər anbar işçilərinin gördüyü bəzi işləri robotlar görə bilər, amma bunun əvəzində robot texniki, avtomatlaşdırma mühəndisi, məlumat analitiki, süni intellekt operatoru kimi yeni ixtisaslara ehtiyac artır. Ona görə də əsas məsələ insanların işsiz qalması deyil, əmək bazarının transformasiyasıdır. İnsan faktoru heç bir zaman istehsaldan tam çıxmayacaq. Çünki hər bir sistemi quran da, inkişaf etdirən də, nəzarətdə saxlayan da insandır. Texnologiya insanı tam əvəz etmir, daha çox onun iş üsulunu dəyişir və fiziki əməyin bir hissəsini üzərinə götürür. Bu səbəbdən yaxın illərdə insan və maşının birlikdə işlədiyi hibrid modelin daha geniş yayılacağını gözləmək olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri