Icma.az
close
up
RU
Azərbaycanı ağır illər gözləyir… Əkrəm Həsənovdan xəbərdarlıq KONKRET

Azərbaycanı ağır illər gözləyir… Əkrəm Həsənovdan xəbərdarlıq KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Mənim də gəncliyim, xüsusilə tələbəlik illərim çox böyük kasıblıqla keçib. Hətta şəhərdən universitetə, dərsə getməyə yol pulum belə olmurdu. Ailəmiz o vaxt çox ağır şəraitdə yaşayıb, yəni bu problemlər mənə yad deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün çox ağır keçib və insanların maddi vəziyyəti kəskin dərəcədə çətin olub:

“O dövrlə indiki zamanı müqayisə etsək, hazırda insanların maaşı az deyil. O vaxtlar ümumiyyətlə iş tapmaq mümkün deyildi. İndi isə 400–500 manata iş təklif edildikdə bəziləri bəyənməyib az olduğunu bildirirlər. Bəs əsas fərq nədədir? Əsas problem xərclərdədir.

Məsələn, o zamanlar bizim elə bir böyük xərcimiz yox idi. Gün ərzində sadə qidalanırdıq, yol puluna qənaət etmək üçün “Əhmədli” metrosundan evimizə qədər 30–40 dəqiqə piyada gedirdim ki, avtobusa pul xərcləməyim. Geyim məsələsində də eyni idi məktəb illərində aldığım bir dəri gödəkçəni 10 il, tələbəlik illərimdə də geyindim. BDU-nun qızdırılmayan soyuq auditoriyalarında o gödəkçədə oturub dərs keçirdik. İndi isə insanlar hər gün paltar, telefon dəyişmək, lazımsız xərclər etmək həvəsindədirlər”.

Ekspert qeyd edib ki, hazırda insanlar mütləq xərclərinə diqqət yetirməli və maliyyə ehtiyatı (təhlükəsizlik yastığı) yaratmalıdırlar:

“Mənim birinci tövsiyəm odur ki, hər kəsin maliyyə təhlükəsizlik yastığı olmalıdır. Əsas xərcə fikir vermək lazımdır. Hər hansı bir şeyi alarkən düşünmək lazımdır. Bu mənə həqiqətən lazımdır, yoxsa sadəcə qonşuda, qohumda, reklamda gördüyüm üçün alıram? İnsanlar bu psixologiyanı aradan qaldırsa, kənara pul qala bilər.

O qalan vəsait bəlkə böyük imkanlar yaratmayacaq, amma ən azı gəlirsiz qaldığınız bir neçə ayda sizi idarə edəcək. Bunu təkcə cəmiyyətə deyil, öz ailəmə, övladlarıma da davamlı olaraq tövsiyə edirəm. Çünki həyatda yaxşı günün pis günü də var”.

Ə. Həsənov vurğulayıb ki, qarşıdakı dövr üçün ehtiyatlı davranmaq vacibdir:

“Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, çox ehtiyatlı olsunlar. Azərbaycanı iqtisadi baxımdan qarşıda ağır illər gözləyir və bu proses artıq başlayıb. Kimsə vəziyyətin tezliklə düzələcəyinə ümid etməsin. Buna görə də gəlir və yığım məsələsində bədxərcliyə yol vermək olmaz.

Pulu necə saxlamağa gəlincə, kasıb insanın nə qədər yığım olacaq ki? İmkan daxilində ən azı 6 aylıq xərci qarşılayacaq məbləği milli valyutada saxlamaq lazımdır. Əgər ondan artıq vəsait qalarsa, ehtimal olunan devalvasiya risklərinə qarşı xarici valyutaya çevirmək olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri