Çində “Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: Konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfrans keçirilib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Çinin paytaxtı Pekin şəhərində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə “Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: Konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransa Avropa və Asiya ölkələrindən 15-dən çox dövlətin təmsil olunduğu 60-dan artıq iştirakçı qatılıb.
Beynəlxalq tədbirdə ölkəmizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Asiya ədəbi əlaqələri şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Nərgiz Kərimova təmsil edib. O, “Bir kəmər bir yol təşəbbüsü kontekstində Çin–Azərbaycan əlaqələri: Tarixi İpək yolundan ədəbi dialoqa” adlı məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində iştirakçılar elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, təcrübələrini bölüşüb, gələcəkdə birgə layihələr üçün imkanları qiymətləndiriblər.
XQ
Baxış sayı:61
Bu xəbər 25 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















