Çində Putini qəzəbləndirəcək danışıqlar: Kiyevlə bağlı Brüssellə...
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Çin münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlı kontingentinin göndərilməsinin mümkünlüyü barədə Avropa ölkələri ilə danışıqlar aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin mediası Avropa İttifaqının diplomatik dairələrindəki mənbələrə istinadən məlumat verib.
“Görünür, Pekin bu barədə düşünür. Artıq diplomatlar Brüsseldə belə bir addımın Avropa baxımından mümkünlüyünü və ya arzuolunan olmasını sorğulayırlar”, – deyə “Welt am Sonntag” qəzetində bildirilib.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ölkəsinin Ukrayna ilə bağlı münaqişədə neytral mövqe tutduğunu açıqlamışdı.
Kremlin mətbuat katibi Dmitri Peskov isə xarici kontingentin yerləşdirilməsinin yalnız münaqişə tərəflərinin razılığı ilə mümkün olduğunu demişdi.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















