Çində rüşvət alan məmur ölüm cəzasına məhkum edildi
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çində məhkəmə çərşənbə axşamı Çin Qiymətli Kağızlar Tənzimləmə Komissiyasının korrupsiya ilə mübarizə üzrə keçmiş rəsmisi Vanq Huiminə ikiillik möhlətlə ölüm cəzası verib.
Yeniavaz.com “Sinxua” agentliyinə istinadla xəbər verir ki, o, 436 milyon yuandan (65 milyon dollar) çox qanunsuz gəlir əldə etməkdə təqsirli bilinib.
Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunub ki, Vanq 1998–2025-ci illərdə Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində və ölkənin qiymətli kağızlar bazarına nəzarət edən qurumda müxtəlif vəzifələrdə çalışarkən şirkətlərə və ayrı-ayrı şəxslərə güzəştlər müqabilində rüşvət alıb.
Bildirilib ki, bu güzəştlərə biznes fəaliyyətinə və maliyyə vəsaitlərinin cəlb edilməsinə kömək göstərilməsi də daxil olub.
Məhkəmə rüşvətin məbləğinin olduqca böyük olduğunu və törədilən əməllərin ağır zərər vurduğunu əsas gətirərək ölüm cəzası təyin edib.
Bununla belə, bəzi cinayətlərin yalnız cəhd mərhələsində qalması, Vanqın istintaqa məlum olmayan bəzi faktları könüllü açıqlaması və qanunsuz əldə edilmiş vəsaitlərin bir hissəsinin geri qaytarılması nəzərə alınaraq cəzanın icrasına ikiillik möhlət verilib.
Vanq məhkəmədə təqsirini etiraf edib və peşman olduğunu bildirib.
Məhkəmə onu ömürlük siyasi hüquqlardan məhrum edib və bütün şəxsi əmlakının müsadirə olunması barədə qərar çıxarıb.
Çin qanunvericiliyinə əsasən, ölüm hökmünün iki il müddətinə təxirə salınması məhkumun edamının bu müddətdə icra edilməməsi deməkdir. Adətən, iki il ərzində yeni cinayət törədilmədikdə belə cəza ömürlük həbsə çevrilir.
Bununla belə, məhkəmə bildirib ki, Vanq ömrünün sonunadək həbsdə qalacaq və onun cəzası azaldılmayacaq, şərti azadlığa buraxılmasına da icazə verilməyəcək.
Bu mövzuda digər xəbərlər:Çində 22 milyon dollar rüşvət alan keçmiş məmur ölüm cəzasına məhkum edildi (FOTO)
22 Sentyabr 2026 18:53
Çində keçmiş məmur ölüm cəzasına məhkum edilib
28 Avqust 2026 19:14
Çində keçmiş yüksəkvəzifəli məmur korrupsiyaya görə ölüm cəzasına məhkum edildi
06 İyul 2026 15:18
Çində keçmiş məmur edam cəzasına məhkum edildi
11 Avqust 2026 20:27
111 milyon dollar rüşvət alan məmur ölüm cəzasına məhkum edildi, amma...
28 Avqust 2026 17:11
Baxış sayı:146
Bu xəbər 29 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















