Çindən nano dron inqilabı: Dünyaya meydan oxuyur FOTO
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Çin, ölçüsü cəmi 1.3 sm olan və beş qəpikdən də kiçik yeni nano dron modelini təqdim edib. Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanmış bu mikro dron, ağcaqanadı xatırladan iki qanadı və üç nazik ayağı ilə həm hərbi, həm də mülki sahələrdə geniş istifadə imkanları yaradır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçıların sözlərinə görə, bu tip cihazlar savaş meydanlarında kəşfiyyat və dəqiq əməliyyatlar üçün idealdır. Bununla yanaşı, dronlar gələcəkdə tibb, ekologiya, fövqəladə hallar və şəhər təhlükəsizliyi sahələrində də istifadə oluna bilər.
Çin dövlət mediası, həmçinin 10 km məsafəyə qədər hərəkət edə bilən və top mərmisinin içindən atıla bilən digər taktik modelləri də nümayiş etdirib. Bu, Çinin təkcə dron istehsalında deyil, həm də onların tətbiqində texnoloji üstünlüyə can atdığını göstərir.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 İyun 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















