Icma.az
close
up
RU
Çingiz Mustafayev hansı sirləri özü ilə apardı? Xocalı faciəsinin pərdəarxası

Çingiz Mustafayev hansı sirləri özü ilə apardı? Xocalı faciəsinin pərdəarxası

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün jurnalist, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Mustafayevin doğum günüdür

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığındakı maraqlı faktları təqdim edir.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad və Naxış Mustafayevanın ailəsində anadan olub. Əslən Şəkidəndir. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb.

Çingiz Mustafayevin uşaqlığı

Atası onu hərbçi görmək istədiyinə görə, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərib. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alıb, sonra hərbi məktəbi tərk edərək orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

Özünü islahatçı və novator hesab edən Çingiz Mustafayev 1970-ci illərdə Azərbaycan SSRİ-də ilk disko-klubu yaradaraq ölkənin ilk DJ-si olub. 1981-ci ilin sentyabrında o, başçılıq etdiyi 12 nəfərlik “3M” qrupunu yaradıb.

Anası onu həkim görmək istəyirdi. Buna görə də Çingiz 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə isə təhsilini uğurla başa vurub.

Təhsilini bitirdikdən sonra Şabran rayonunda üç il həkim işləyib və daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

1983-cü ildə dünyada ilk dəfə Azərbaycan dilində rep janrında “Dünənki keçdi” mahnısını səsləndirib, Bakıda “Sevinc” adlı kiçik kafe açıb. 1985-ci ildə yaratdığı “Cəngi” birliyi Azərbaycan gəncləri arasında populyarlıq qazanıb.

Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda ilk yetkin təzahürü bu birlik olub.

1990-cı illərdə o, Azərbaycan televiziyasında “Ekspromt”, “Cümə axşamı” verilişlərinin, “Gənclik” estrada tamaşasının və “Ozan” rok qrupunun yaradıcısı olub.

1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından isə Azərbaycan Dövlət Televiziyasında jurnalist və reportyor kimi fəaliyyət göstərib.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətləri Amerika və Avropanın aparıcı teleagentliklərinə çatdırıb. Dövlət televiziyasında mövcud senzura və ciddi məhdudiyyətlər Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edib.

Buna görə də o, “215 kl” studiyasını yaradaraq muxtar jurnalist qurumu kimi fəaliyyətə başlayıb. Onun reportajları cəbhədən olduğu üçün bir çox tamaşaçı “215 kl” studiyasını müharibədən məlumat verən telequrum kimi qəbul edib.

Mustafayev ölkənin döyüş bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında reportajlar və Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar hazırlayırdı.

Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmır, eyni zamanda əsgər və komandan kimi müxtəlif vəzifələri yerinə yetirirdi.

Laçından çıxan əsgərlərə verdiyi göstəriş və əmrlərin yerinə yetirilməyəndə göstərdiyi emosional reaksiya televiziya tarixinin ən yaddaqalan hadisələrindəndir. Teletənqidçi Elşad Quliyev Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazına bənzədib:

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayev Xocalı hadisələri lentə ala bilib.

Azərbaycan tamaşaçısı onu hər reportajla tanıyırdı, lakin dünya onu Xocalıda çəkdiyi film vasitəsilə tanıyıb. Mustafayev həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra, fevralın 28-də lentə aləb.

1993-cü ilin əvvəllərində Seyidağa bu kadrlar əsasında “Xocalı: Əsrin faciəsi” adlı filmi hazırlayıb.

O, 1992-ci il iyunun 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı mərmi qəlpəsindən şəhid olub. Vahid Mustafayevin sözlərinə görə, Çingiz “ABC News” üçün material hazırlayırdı və hücum zamanı çəkilişi davam etdirib.

Minaatandan atəş nəticəsində sağ ayağının bud sümüyü və arterial damarları zədələnmiş, sürətli qanaxmadan döyüş meydanında vəfat edib.

Çingiz Mustafayev Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitala gətirilsə də, aldığı güllə yarasından artıq həyatını itirmişdi. Təxliyəni tibb işçiləri Elmidar Vəliyev və Gültəkin Əsgərova həyata keçirib.

Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Çingiz Mustafayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Onun 1991-ci ildə qurduğu ailə həyatından Fuad adlı oğlu var. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.

2010-cu il avqustun 28-də ABŞ-nin CNN kanalı Mustafayevin həyatı və Xocalı faciəsinə dair reportaj yayımlayıb. 2011-ci il avqustun 31-də Almaniyada onun təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda adını daşıyan parkın açılışı olub.

“Çingiz zirvəsi” kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.

1999-cu ildən fəaliyyət göstərən fondun prezidenti atası Fuad Mustafayevdir. Fond “İlin adamı”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı” müsabiqəsini həyata keçirib, Şəkidə “Çingiz Klubu” yaradıb.

Fond həmçinin KİV işçilərinin təhsilinə və düşərgəyə dəstək göstərib.

1996-cı ildə "Dəyirman"ın “Ya Qarabağ, Ya Ölüm” mahnısının klipində "Xocalı" filmindən istifadə olunub. 2004-cü ildə repçi Hüseyn Dərya “Oyan, bəxtim” albomundan “Çingiz Mustafayev” mahnısını jurnalistə həsr edib.

Türkmənistanda “Azərbaycan Milli Günü” "O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur? Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri