Icma.az
close
up
RU
Çingiz Mustafayev Xocalı ilə bağlı bunları etməyə məcbur olub VİDEO

Çingiz Mustafayev Xocalı ilə bağlı bunları etməyə məcbur olub VİDEO

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

“Bu yaxınlarda, daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra Ermənistanın xüsusi xidmət orqanları və Ermənistanın dövlət büdcəsindən himayə etdiyi əks-təbliğat internet bağlantıları Xocalıdakı günahsız mülki şəxslərin etnik təmizlənməsində guya Azərbaycan əsilli şəxslərin iştirak etməsi barədə hər hansı sübutu olmayan dezinformasiyaları açıq-aşkar şəkildə həvəslə şişirdirlər”.

BAKU.WS xəbər verir ki, bu sözləri ANS-in prezidenti Vahid Mustafayev “Facebook”da Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı paylaşımında yazıb.

O bildirib ki, qarşı tərəfin əks-təbliğat xarakterli paylaşımlarında qardaşı Milli Qəhrəman Çingiz Mustafayevin də adı çəkilir və azərbaycanlıların meyitlərinin səpələndiyi sahədə hərbi geyimli adamları gördüyü barədə reportajlarından danışılır:

“Propaqandaçılara deməyi özümə borc bilirəm: Xocalıda baş verən etnik təmizləmə və Əsgəran kəndi yaxınlığında azərbaycanlı mülki şəxslərin öldürülməsi erməni hərbi komandirləri Arkadi Tadevosyan, Xristofor İvanyan (sonralar Xocalı onun adı ilə adlandırılıb) və general-leytenant Anatoli Zineviç tərəfindən hazırlanıb.

366-cı Rusiya motoatıcı alayının zabiti Seyran Ohanyanın (sonralar Ermənistanın müdafiə naziri) komandanlığı altında döyüş maşınları, həmçinin kriminal avtoritetlər Karo və Bekorun rəhbərliyi ilə Əsgəran və Stepanakert istiqamətindən iki döyüşçü dəstəsinin vasitəsi ilə fevralın 25-dən 26-na keçən gecə həyata keçirilib.

Jurnalist Çingiz Mustafayev isə yalnız fevralın 29-da hərbçilərlə, sonra xarici jurnalistlərlə birlikdə hadisə yerinə gələrək yuxarıda adları göstərilən zabitlərin və cinayətkar ünsürlərin vəhşiliklərini nümayiş etdirdi.

O, mətbuat konfransında məhz bu tarixlər haqqında danışır, erməni mediası isə sadə bir yoxlama aparmadan belə Ermənistan xüsusi xidmət orqanlarının təqdimatı ilə qəsdən yanlış məlumatlar yayır.

Jurnalistin verdiyi sual budur ki, əgər razılıq əsasında meyit toplayanlar cinayət baş verən yerə gedə bilərlərsə, niyə Çingiz Mustafayev Mi-8-lə ikiqat qoruması olan Mi-24 (“Timsah”) vertolyatlarını gözləməyə məcbur oldu.

Sonradan məlum oldu ki, erməni silahlıları azərbaycanlı mülki şəxslərin cəsədləri üçün müəyyən ödəniş qarşılığında yalnız müəyyən kontingentə və yalnız müəyyən bir vaxtda gəlməyə icazə verib. Çəkiliş aparmaq qəti qadağan edilmişdi!”

V.Mustafayev onu da qeyd edib ki, 1992-ci il martın 1-də özü də orada olub və baş verənlərin hamısının canlı şahididir:

“Etnik təmizləməni Əsgəran və Stepanakert silahlı briqadalarının aparmasına dair digər video sübutlar da var. Erməni mediasının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən soyqırımı təkzib etmək istəyi erməni ziyalılarının bu faciədən xəbərdar olmasından bəhs edir və bu qanlı ləkəni xalqının tarixinin səhifələrində buraxmaq istəməməyindən qaynaqlanır.

Xocalı qəsəbəsində mülki şəxslərin güllələnməsi və Ağdama qaçan günahsız azərbaycanlıların qətlə yetirilməsi, həqiqətən, təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir!

Bəli, bu, həqiqətən, günah və ayıbdır, amma bu vəziyyətdən yeganə çıxış yolu inkar deyil, əməlin fərqində olmaqdır.

Bəşəriyyət tarixinə belə bir çıxış yolu məlumdur – bu, Üçüncü reyxin faşistlərinin öldürdüyü bütün günahsız insanlara görə alman xalqının etdiyi etirafdır”.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Fevral 2026 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri