Icma.az
close
up
RU
Çinin enerji saxlama təcrübəsi öyrənilir

Çinin enerji saxlama təcrübəsi öyrənilir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Çinin "Universal Energy" şirkəti arasında uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması çərçivəsində Azərbaycanda səfərdə olan "Universal Energy" şirkətinin prezidenti Nan Yi ilə görüşüb. Qeyd olunub ki, stansiyanın inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq. Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.

Söhbət zamanı "Universal Energy" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadium əsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın "yaşıl enerji" ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.

Azərbaycanın bərpaolunan enerji sektorunda ilk hərrac əsasında həyata keçirilən layihə – 100 MVt-lıq “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisi çərçivəsində artıq ilkin günəş panelinin quraşdırılması baş tutub. Layihə Çinin “Universal International Holdings Limited” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır və inşaat mərhələsinə bu ilin may ayında start verilib. İşlərin böyük hissəsi yerli podratçı şirkətlər tərəfindən icra olunur.

Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Gələcəkdə burada ildə təxminən 260 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı gözlənilir. Bu həcmin əldə edilməsi nəticəsində ildə 57 milyon kubmetr təbii qaza ehtiyac azalacaq, eyni zamanda, 124 min ton karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınacaq.

Qeyd edək ki, Çin şirkəti “Universal International Holdings Limited”, ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə Energetika Nazirliyi tərəfindən keçirilən hərracda qalib seçilib və stansiyanın inşası üzrə hüququ əldə edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see345

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see315

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see285

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see223

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see216

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see207

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see203

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see194

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see185

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see179

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see153

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see151

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri