Çinin raket sınağına ABŞ və 40 ölkədən REAKSİYA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ və daha 40 ölkənin ballistik raketlərlə bağlı birgə bəyanatı Çinin hərəkətlərinə reaksiya olub.
Redaktor.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO RAN) Beynəlxalq Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aleksandr Yermakov bildirib.
Onun sözlərinə görə, iyulun 6-da Çin Sarı dənizdəki Lüşun bazası yaxınlığında “Tip 094” strateji raket sualtı kreyserindən ballistik raket buraxılışı həyata keçirib. Bu sınaq Avstraliyanın Sakit okean dövləti Fici ilə hərbi ittifaq sazişi imzalamasından bir neçə saat sonra baş tutub.
“İlk baxışdan gecikmiş görünən bu reaksiya onunla izah olunur ki, belə bir təşəbbüsü qısa müddətdə koordinasiya etmək mümkün deyil. Çin adətən ballistik raketlərini ölkədaxili marşrutlar üzrə sınaqdan keçirir. Lakin iyulda onlar ilk dəfə olaraq uzaq mənzilli raketi Sakit okeanın beynəlxalq sularına doğru buraxdılar”, – deyə Yermakov qeyd edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Avqust 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















