Çinin təmiz enerji ixracı rekord səviyyəyə çatıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 aprel, AZƏRTAC
Mart ayında dünyanın bərpaolunan enerji nəhəngi olan Çinin Günəş enerjisi texnologiyası, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələri üzrə ixracında rekord nəticə qeydə alınıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Ember” tədqiqat təşkilatının məlumatında deyilir.
Bildirilir ki, hesabat ayında Çində Günəş enerjisi, batareyalar və elektrikli nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 70 faiz artıb. Çin martda 68 giqavat Günəş enerjisi texnologiyası ixrac edib, bu da ötən ilin avqust ayında qeydə alınan əvvəlki rekordu 50 faiz üstələyib. Ümumilikdə 50 ölkə Çindən Günəş enerjisi texnologiyası idxalında yeni rekordlar qırıb. Ən böyük artımlar isə enerji böhranından ən çox təsirlənən Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində qeydə alınıb.
Ekspertlərin fikrincə, fevralın sonlarında Yaxın Şərqdə başlayan münaqişə səbəbindən qlobal neft-qaz axınlarının beşdəbirinin keçdiyi Hörmüz boğazının faktiki olaraq bağlı qalması fonunda yaşanan tarixi neft təchizatı şoku ölkələrin təmiz enerjiyə doğru keçidini sürətləndirib. Günəş enerjisi artıq qlobal iqtisadiyyatın mühərrikinə çevrilib və ənənəvi enerji mənbələrindəki mövcud qiymət şokları onu növbəti səviyyəyə qaldırır. Günəş enerjisi texnologiyası, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələri sektorları Çində “yeni üçlük” adlandırılır və əvvəllər artıma səbəb olan tekstil, məişət texnikası və mebel ixracını əvəz edərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 27 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















