Çinin Tibet bölgəsində baş verən zəlzələdə 16 nəfər ölüb
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Çinin Tibet Muxtar Rayonunda ötən gecə baş verən 7 maqnitudalı zəlzələ nəticəsində ilkin məlumata görə, 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, zəlzələnin episentri Tibet Muxtar Rayonunun Naqçu şəhərinin Baçin rayonunda yerləşib. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.
Hadisə bölgəsinə 300 polis əməkdaşı, eləcə də 347 yanğınsöndürən və xilasetmə işçisi göndərilib.
Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir. Yüngül xəsarət alan 21 nəfər isə xəstəxanalarda müalicə olunub.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal edilir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 7 maqnitudalı zəlzələnin episentri Naqçu şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi də zəlzələnin maqnitudasının 7 olduğunu açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Tibetin Şiqatse şəhərinin Dinri rayonunda baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 120 nəfər həyatını itirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Oktyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















