Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Çinli cərrah Altsheymer xəstəliyi olan insanları əməliyyat edir

Çinli cərrah Altsheymer xəstəliyi olan insanları əməliyyat edir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 may, AZƏRTAC

“Mənim məqsədim Altsheymer xəstəliyini müalicə etmək deyil, sadəcə ondan əziyyət çəkənlərin və onların ailələrinin həyatını yaxşılaşdırmaq, eləcə də xəstəliyin əsasını təşkil edən mexanizmləri dərk etmək üçün yeni yollar açmaqdır”, - deyə Çjetsyan əyalətindəki Hançjou Tsüşil Özəl xəstəxanasının plastik cərrahı doktor Se Cinpin bildirib.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Çin bu xəstəliyin effektiv müalicəsinin və onunla bağlı təcrübənin təkmilləşdirilməsinin yeni, əvvəllər araşdırılmamış yolunu kəşf edib. Elm bu neyrodegenerativ xəstəliyə qarşı mübarizədə müəyyən uğurlar əldə edir. Amma əhalinin mütərəqqi qocalması səbəbindən yaxın illərdə xəstəliyə yoluxma hallarının sayı həndəsi silsilə şəklində artacaq.

Se Cinpinin mübahisəli təklifi Altsheymer xəstəliyinə səbəb olan beta-amiloid protein lövhələri də daxil olmaqla tullantıların və ya zərərli maddələrin daxil olmasının qarşısını almaq üçün ekstrakranial cərrahiyyə yolu ilə beynin limfa sisteminin drenajını nəzərdə tutur. Onun komandası xəstə üçün qalxanvari vəzi əməliyyatı ilə eyni riskləri daşıyan və 45 min dollara başa gələn bu cərrahi strategiyadan istifadə edərək artıq Çində 600 xəstəni əməliyyat edib.

Çinli cərrah qeyd edir ki, əməliyyatlar zamanı o, təsadüfən dərin boyun nahiyəsində dəyişmiş toxuma və limfa düyünlərinin mövcudluğunu görüb. “Təhlükəsiz və risksiz olduğundan əmin olduqdan sonra genişlənmiş və lokal olaraq tıxanmış limfa kanallarını boyun venalarına birləşdirmək qərarına gəldim (dərin boyun limfa venoz anastomozu (dcLVA) həyata keçirməklə) və eyni zamanda, bəzi dəyişmiş limfa düyünlərini də götürdüm. Limfatik toxumalar kəsildikdə, tıxanmış limfa mayesi təsiredici qüvvə ilə çıxdı. Əməliyyatdan sonra xəstələr həm tinnitusun yox olduğunu bildirdilər, həm də daha aydın görmə və açıq zehin kimi hissləri təsvir etdilər”, - deyə ABC həkimdən sitat gətirir.

Beləliklə, aydın oldu ki, boyun limfa drenajı ilə mərkəzi sinir sisteminin metabolik təmizlənməsi arasında əlaqə ola bilər. “Mən bunu araşdırdım və nəticədə başa düşdüm ki, beyində böyük ölçüdə diqqətdən kənarda qalan iki çıxarma yolu var: beyin qişalarının limfatik damar sistemi və psevdolimfatik sistem. Çox güman ki, bu yollar beta-amiloid - Altsheymer xəstəliyinin inkişafı ilə əlaqəli olan zülal kimi zəhərli maddələrin əməliyyat edilməsi ilə sıx bağlıdır. Heyvanlarda aparılan eksperimental yoxlamadan sonra xəstəxananın etik komitəsinə ərizə ilə müraciət etdim və onlar bunu təsdiqlədilər. Super mikrocərrahiyyə üsullarından istifadə edərək boyundakı aşağı təzyiqli damarlarla dərin boyun limfa toxumalarının birləşdirilməsini nəzərdə tutan bu əməliyyat belə yarandı”, - deyə Se Cinpin vurğulayıb.

İyirmi Çin xəstəxanası yaxın illərdə əməliyyatın etibarlılığını nümayiş etdirmək üçün 587 xəstənin iştirakı ilə randomizə edilmiş nəzarət olunan tədqiqata başlayacaq.

Hazırda Sinqapurun Changi General Hospitalından olan plastik cərrahlar qrupu Çinə bir neçə səfərdən və dcLVA prosedurlarının ətraflı öyrənilməsindən sonra Çin üsulu ilə ilk əməliyyatı həyata keçirəcək. ABŞ-dakı beş mərkəz artıq etik təsdiq almağa çalışır, Almaniya, İsveçrə, Yaponiya və Cənubi Koreyada bir neçə aparıcı xəstəxana da ilkin hazırlıq işləri aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri