Dişləri yumaqla Altsheymer xəstəliyi arasında əlaqə müəyyən edildi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ağız boşluğu gigiyenası qaydalarına riayət edilməməsi bir çox xəstəliklərin, o cümlədən erektil disfunksiya, ikinci tip şəkərli diabet və hətta Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər".
Oxu.Az-ın "The Times" nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə "Alzheimer's Research UK" demensiya tədqiqatları xeyriyyə təşkilatı xəbərdarlıq edib.
Bildirilir ki, diş əti xəstəliyinə səbəb olan bakteriyalar beyinə daxil ola və neyronları məhv edə bilər, bu isə demensiya ilə nəticələnir.
"Bu mikroorqanizmlər, həmçinin ürək-damar sisteminə zərər verir. Onlar qan damarlarının genişlənməsini çətinləşdirən dağıdıcı fermentlər ifraz edir. Mütəxəssislər çoxdan ağızdakı iltihabla ağır xəstəliklərin inkişafı arasında əlaqə müəyyən ediblər".
Alimlər, həmçinin ağız boşluğu xəstəlikləri ilə kolorektal xərçəng arasında əlaqə aşkar ediblər.
Materialda qeyd olunur ki, təhlükəli xəstəliklərin inkişaf riskini azaltmaq üçün ağız boşluğuna müntəzəm və düzgün qulluq etmək lazımdır. Ənənəvi diş fırçası ilə yanaşı, elektrik fırçası, dil təmizləyicisi və diş ipi də istifadə etmək vacibdir. Mütəxəssislər, həmçinin diş qulluğu zamanı natrium lauril sulfat (SLS) tərkibli pastalardan çəkinməyi tövsiyə edirlər.
Bundan əlavə, diş və diş ətlərinin sağlamlığı üçün kifayət qədər su içmək vacibdir - bu, selikli qişaların qurumasının qarşısını alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Dekabr 2024 04:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















